Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir

Virusa yoluxanların sayı 24 milyon 280 min, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 16 milyon 736 mini keçib.

1479775
Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir

Dünyada yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 830 min197 olub. Virusa yoluxanların sayı 24 milyon 359 min 545-i, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 16 milyon 893 min 460-ı keçib.
Epidemiyadan ən çox təsirlənən ABŞ-da "Covid-19" qaynaqlı ölənlərin sayı 183 min 653-ə yüksəlib, yoluxanların sayı 6 milyonu keçib. Ölkədə tibbi cihaz istehsal edən bir şirkət yeni koronavirus növlərinin aşkarlanmasında istifadə ediləcək 15 dəqiqə ərzində nəticələr verən portativ sürətli antijen testi üçün marketinq icazəsi aldı.
Meksikada "Covid-19"dan insan itkisi 626 artaraq 62 min 76, yoluxmaların sayı 5267 artaraq 573 min 888-ə çıxıb.
İspaniyada "Covid-19"dan son 7 gündə 129 nəfər ölüb, bununla da insan itkisi 28 min 971-ə yüksəlib. Səhiyyə Nazirliyi son 24 saat ərzində 7 min 296 yeni yoluxma faktının qeydə alındığını, bununla da virusa yoluxanların ümumi sayının 419 min 849-a çıxdığını açıqlayıb.
"Covid-19" yoluxma hallarının artdığı bir zamanda yeni tədris ilinin sentyabrda necə başlayacağı ilə bağlı müzakirələr davam edərkən, müəllimlərdən sonra tələbələr də "etiraz etmək" qərarına gəliblər.
İtaliyada son 24 saat ərzində koronavirusdan 13 nəfər ölüb, bununla da ümumi insan itkisi 35 min 458-ə yüksəlib. Ölkə daxilində "Covid-19" virusuna tutulanların ümumi sayı 1367 yeni yoluxma ilə 262 min540-a çıxıb. Ölkənin qərbindəki Sardinya adası yay mövsümdən əvvəl yoluxmanın ən az yayılmış yerlərdən biri ikən, son vaxtlar tətillərini burada keçirənlər arasında yeni yoluxma hallarının ortaya çıxması diqqət çəkib.

Braziliyada son 24 saat ərzində koronavirus (Covid-19) infeksiyasına 47 828 yeni yoluxma faktı qeydə alınıb.

Son 24 saat ərzində koronavirusdan 1 090 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 3 722 004 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 908 848 nəfər müalicə olunaraq sağalıb, 47 828 nəfər vəfat edib.

"Covid-19" epidemiyasından ən çox təsirlənən üçüncü ölkə Hindistanda insan itkisi 60 min 629-ə yüksəlib. Yoluxmaların sayı 3 milyon 310 min olub.
Rusiyada "Covid -19" qaynaqlı ölümlərin sayı 16 min 683-ə yüksəlib. Ölkədə aşkar olunan virusların sayı da 970 min 865-ə çıxıb.
İranda "Covid-19" səbəbiylə ölənlərin sayı 21 min 20-ə yüksəlib. Ölkədə yoluxmaların sayı 365 min 606 olub.
Koronavirus epidemiyasında son 24 saat ərzində Çində 8, Cənubi Koreyada isə son 24 saat ərzində 441 yoluxma aşkarlanıb.

Cənubi Koreyada mart ayının 7-dən bəri yeni növ koronavirusa (COVID-19) gündəlik ən yüksək yoluxma qeydə alınıb.

Son 24 saat ərzində ölkədə koronavirusa 441 yeni yoluxma baş verib.



Әlaqәli Xәbәrlәr