Tramp və Mustafa əl-Kazıminin birgə bəyanatı

ABŞ Prezidenti Donald Tramp və İraqın Baş naziri Mustafa əl-Kazımi DEAŞ ilə mübarizə və təhlükəsizlik sahələrində əməkdaşlığı vurğulayıblar.

1476557
Tramp və Mustafa əl-Kazıminin birgə bəyanatı

ABŞ Prezidenti Donald Tramp və İraqın Baş naziri Mustafa əl-Kazımi DEAŞ ilə mübarizə və təhlükəsizlik sahələrində əməkdaşlığı vurğulayıblar.
Tramp və Kazımi Ağ Evdə ikitərəfli və heyətlərarası görüşlərindən sonra birgə bir bəyanat veriblər.
İraqın təhlükəsizlik qüvvələri və ABŞ-ın rəhbərlik etdiyi DEAŞ əleyhinə koalisiya qüvvələrinin DEAŞ-ı məğlub etmək üçün birlikdə çalışdıqlarına diqqət çəkilən bəyanatda "DEAŞ-ın İraq və ya başqa bir millət üçün təhlükə yaratmayacağına əmin olmaq üçün birlikdə çalışmağa davam ediləcək" ifadəsi işlədilib.
Bəyanatda İraqın hərbi potensialını inkişaf etdirmək və ortaq maraqlar qarşısındakı təhdidlərlə mübarizə məqsədilə iki ölkə arasında uzunmüddətli təhlükəsizlik sahəsində əməkdaşlığa sadiq olunduğu təsdiqlənib və bildirilib:
"Təhlükəsizliklə bağlı əməkdaşlığımız iqtisadi, humanitar, siyasi və mədəni əməkdaşlığı genişləndirmək səylərimizin əsasına təkan verir".
Bəyanatda yeni növ koronavirus (Covid-19) pandemiyasının İraq xalqına fəaliyyət və xidmət göstərən və Orta Şərqdə sabitləşdirici qüvvə olan firavan və sabit İraqın qurulmasının vacibliyini bir daha nümayiş etdirdiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr