BMT Təhlükəsizlik Şurası Malidəki qiyamı qınayıb

BMT Təhlükəsizlik Şurası Malidə hərbçilərin qiyamından sonra həbs edilmiş vəzifəli şəxsləri dərhal azad etməyə və hərbçiləri hərbi hissələrə qayıtmağa çağırıb.

1476168

Bu barədə BMT Təhlükəsizlik Şurasının Malidəki vəziyyətlə əlaqədar təcili iclasının yekunları üzrə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Təhlükəsizlik Şurasının üzvləri Malidəki son hadisələrə görə dərin narahatlıqlarını ifadə edirlər". Şuranın üzvləri avqustun 18-i Malidə baş verən hadisələri qınayıblar.

Təhlükəsizlik Şurasının üzvləri həmçinin ölkədə hüquqi və konstitusiya quruluşunun təcili şəkildə bərpa edilməsinin zəruriliyini vurğulayıblar.

Xatırladaq ki, Malinin 75 yaşlı Prezidenti İbrahim Boubakar Keita daha əvvəl qiyamçı hərbçilər tərəfindən həbs edilmiş, bundan sonra televiziyaya çıxaraq istefa verdiyini açıqlamışdı

Әlaqәli Xәbәrlәr