İndoneziyada yanğın, 382 ailә evsiz qalıb

İndoneziyanın paytaxtı Cakartada  baş verәn yanğın nәticәsindә 382 ailәnin evsiz qaldığı bildirilib.

1471523
İndoneziyada yanğın, 382 ailә evsiz qalıb

 

İndoneziyanın paytaxtı Cakartada  baş verәn yanğın nәticәsindә 382 ailәnin evsiz qaldığı bildirilib.

‘‘Tempo’’ qәzetinin yaydığı mәlumata әsasәn, paytaxtın Qәrbi Cakarta  bölgәsindәki Şimali Duri mәhәllәsindә  dünә axşam radәlәrindә yanğın baş verib. Yanğının sәbәbi blinmir.

Mәlumatda yanğın nәticәsindә 382 ailәnin evinin yandığı, hadisә nәticәsindә ölәn vә ya yaralananın olmadığı bildirilib.

Qeyd edәk ki, yanğını nәzarәt altına almaq mümkün olub.

Faktla bağlı araşdırma aparılır.



Әlaqәli Xәbәrlәr