"ABŞ geri addım atmaq məcburiyyətində qaldı", M.T.Rəvançi

Amerika Birləşmiş Ştatları (ABŞ) İrana qarşı silah embarqosunu qalıcı etmək üzrə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına təqdim etdiyi qanun layihəsini dəyişdirib

1471621
"ABŞ geri addım atmaq məcburiyyətində qaldı", M.T.Rəvançi

 

  Amerika Birləşmiş Ştatları (ABŞ) İrana qarşı silah embarqosunu qalıcı etmək üzrə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına təqdim etdiyi qanun layihəsini dəyişdirib.

  Yeni layihədə 18 oktyabrda müddəti dolacaq ABŞ-ın İrana silah embarqosunun “Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası başqa qərar verənə qədər davam etdirilməsi" təklifi irəli sürülüb.

  İran diplomatlarına qarşı sanksiyalar, İran nəqliyyat vasitələrində yoxlamalar, İranın 2019-cu ilin sentyabrından Səudiyyə Ərəbistanı, dekabrından ABŞ-ın İraqdakı hərbi bazaları və səfirliyinə hava hücumları ilə bağlı hökmlər isə qətnamə layihəsində açıqlanmayıb.

  ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Qraft (Kelly Craft) dəyişikliklə bağlı etdiyi şərhdə bildirib: "Yeni qanunda BMT TŞ-nın fikirləri diqqətə alınıb və İranın konvansiya silahlarını sərbəst şəkildə alıb-satmasının qarşısını almaq məqsədi daşıyır."

  İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt Rəvançi isə sözügedən mövzu ilə bağlı “twitter” hesabında yazıb: “ABŞ BMT TŞ üzvlərinin reaksiyası ilə qarşı-qarşıya qaldığı üçün geri addım atmaq məcburiyyətində qaldı və yeni qanun layihəsi hazırlandı. Amma bu yeni qanun da hədəf və təbiəti baxımından köhnəsinə bənzəyir. BMT-nin bunu da rədd edəcəyinə inanırıq."

  Qeyd edək ki, avqustun 13-də qanun layihəsi BMT TŞ üzvlərinin səsverməsinə təqdim ediləcək.



Әlaqәli Xәbәrlәr