Hindistanda təyyarə enərkən ikiyə parçalandı

NDTV kanalının xəbərinə görə

1469247
Hindistanda təyyarə enərkən ikiyə parçalandı

 

  Hindistanın Kerala əyalətində eniş əsnasında meydan xaricinə çıxaraq ikiyə bölünən təyyarədə 15 nəfər həyatını itirdi.

  NDTV kanalının xəbərinə görə, Dubay - Kozhikode səfərini icra edən və içində 184 sərnişin və 7 ekipaj üzvü olan təyyarə “Calicut” hava limanına enərkən 7 avqust yerli saatla 19.40-da meydan xaricinə çıxaraq parçalandı. Hadisə zamanı 15 nəfər həyatını itirib, pilotlardan biri həlak olub. Xəstəxanaya aparılanların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

  Qeyd edək ki, Türkiyə Hindistanda meydana gələn təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.



Әlaqәli Xәbәrlәr