Koronavirusa yoluxanların sayı 19 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 717 mini 792-ni keçib.

1468482
Koronavirusa yoluxanların sayı 19 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 718 min 24-ü keçib. Virusa yoluxanların sayı 19 milyon 278 min olub. Dünyada koronavirus infeksiyasından müalicə olunaraq sağalan insanların sayı isә 12 milyon 375 mini ötüb.
162 mindən insan itkisi və 5 milyondan çox yoluxma faktı ilə epidemiyanın mərkəzi olan ABŞ-da Dövlət Departamenti "ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi ilə əməkdaşlıq edərək 4-cü Səviyyə Qlobal Səyahət Xəbərdarlığını ləğv edirik" bəyanatını yayıb.  Pandemiyanın "nəzərdə tutulmayan" təbii xüsusiyyəti səbəbindən ABŞ vətəndaşlarının səyahət edərkən hələ də diqqət yetirmələrinin vacibliyinin dilə gətirildiyi bəyanatda "Bəzi ölkələrdə sağlamlıq və təhlükəsizlik şəraiti yaxşılaşarkən bəzilərində isə pisləşməsilə Nazirliyimiz sadəcə 1-dən 4-ə qədər səyahət xəbərdarlığı edilən keçmişdəki sistəmə qayıdır" məlumatı verilib. 

Epidemiya səbəbindən 35 min 187 nəfərin öldüyü İtaliyada 249 min 204 nəfərdə isə virus aşkarlanıb.
"Covid-19"dan ən çox təsirlənən Avropa ölkəsi İngiltərədə bu günə qədər 46 min 413 adam ölüb, 308 min 134 yoluxma faktı qeydə alınıb. Ölkədə mağazalarda, ticarət mərkəzlərində, bazarlarda və ictimai nəqliyyatda maska taxmaq məcburidir. 

Latın Amerikasında epidemiyanın mərkəzi olan Braziliyada daha 1237 nəfərin ölümü ilə, ölkədə virusla əlaqəli ölüm hallarının sayı 98 min 644-ə yüksəlib, yoluxmaların sayı 53 min 139 artaraq 2 milyon 917 minə çatıb.
Meksikada son 24 saat ərzində "Covid-19"dan insan itkisi 819 artaraq 50 min 517-yə, yoluxma hallarının sayı isə 6 min 590 artaraq 462 min 690-a çıxıb.

"Covid-19" epidemiyası səbəbindən 28 min 500 nəfərin öldüyü İspaniyada yoluxma hallarının sayı 354 min 530' olub. Ölkədə qapalı və açıq ərazilərdə və 6 yaşa qədər uşaqlar və sağlamlıq problemləri olanlardan başqa hamı üçün maska taxmaq məcburiyyəti var. 
Fransada son 24 saat ərzində epidemiya səbəbiylə daha 7 nəfərin həyatını itirməsilə insan itkisi 30 min 312 nəfər olub. Yeni koronavirusa yoluxanların sayının 1604 artaraq 222 min 350-ə yüksəldildiyi ölkədə reanimasiya şöbəsindəki insanların sayı yenidən artarkən, infeksiya sürətlə yayılmağa davam edir. Ali Təhsil Nazirliyinin verdiyi açıqlamaya görə, "Covid-19" tədbirləri çərçivəsində mart ayından etibarən bağlanan universitetlər sentyabr ayında açılacaq. Açıqlamada universitetlərdə maskaların istifadəsinin vacib olduğu bildirilib.

Avstraliyada ən çox insan itkisi və yoluxma hadisələrinin artdığı Viktoriya ştatında daha 11 nəfərin həyatını itirməsilə ölkə daxilində insan itkisi 266 nəfərə çatıb və virusun yoluxduğu adam sayı isə 20 min 720 nəfərə yüksəlib.

Dünyada ən çox yoluxma faktının qeydə alındığı üçüncü ölkə olan Hindistanda son 24 saat ərzində 886 adam həlak olub. Bununla da "Covid-19"dan ölənlərin sayı 41 min 585-ə yüksəlib. Virusa yoluxmuş insan sayı isə 62 min 538 artaraq 2 milyon 27 min 74-ə çatıb.
Çində epidemiya müddətində virus səbəbiylə 4 min 634 adam ölüb, virusun yoluxduğu insan sayı isə 84 min 565' olub. Son 24 saat ərzində Çində 37 yeni hadisə aşkar edilib.
Cənubi Koreyada virus səbəbindən ölənlərin sayı 303-ə, yoluxma hallarının sayı 14 519-a çatıb. Son 24 saat ərzində ölkədə 20 yeni yoluxma faktı aşkarlanıb.

Epidemiya nəticəsində 21 min 771 nəfərin öldüyü Afrika qitəsində yoluxmaların sayı bir milyonu ötüb.
Qitədə "Covid-19"dan ən yüksək insan itkisi 9 min 298 ölümlə Cənubi Afrika, 4930 ölümlə Misir və 1273 ölümlə Əlcəzairdə qeydə alınıb. Bundan əlavə, Efiopiyada 365, Zimbabvedə 84 nəfərin öldüyü bildirilib.

Belçikada epidemiya 9 min 861 adamın həyatına son qoyub. Ölkədə virusun yoluxduğu insan sayı isə, 72 min 16-ya yüksəlib. Ölkədə xalqa açıq olan qapalı yerlərdə, ictimai nəqliyyatda və alış-veriş edildiyi bəzi izdihamlı küçə və prospektlərdə maska taxmaq məcburidir. 
Portuqaliyada "Covid-19" səbəbiylə 1740 adam ölüb, virusun yoluxduğu insan sayı isə 52 min 61-ə çıxıb. Epidemiya səbəbiylə 6 min 153 insanın öldüyü Hollandiyada 56 min 982 yoluxma aşkarlanıb.
İnfeksiyadan 9 min 252 nəfərin öldüyü,  215 min 210 yoluxma faktının aşkarlandığı Almaniyada mağazalarda və ictimai nəqliyyat vasitələrində maska taxmaq məcburidir.
Epidemiya səbəbiylə Yunanıstanda 210 adam ölüb, 5123 nəfərə isə virus yoluxub.
Epidemiya səbəbindən 719 nəfərin öldüyü Avstriyada yoluxma hallarının sayı 21 min 696 olub. Macarıstanda "Covid-19" səbəbiylə ölənlərin sayı 600, yoluxmaların sayı 4 min 597-dir. Bolqarıstanda epidemiya səbəbiylə ölənlərin sayı 435-ə, virusun yoluxduğu insan sayı isə 13 min 14-ə çıxıb. "Covid-19" infeksiyasından İsveçdə 5766, Danimarkada 617 , Finlandiyada 331 və Skandinaviya ölkələrindən biri olan Norveçdə isə 256 insan ölüb.

 



Әlaqәli Xәbәrlәr