Dünyada koronavirus infeksiyasından ölәnlәrin sayı 711 mini ötüb

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 711 mini 674-ü keçib. Virusa yoluxanların sayı 19 milyon 2 min olub.

1467822
Dünyada koronavirus infeksiyasından ölәnlәrin sayı 711 mini ötüb

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 711 mini 674-ü keçib. Virusa yoluxanların sayı 19 milyon 2 min olub. Dünyada koronavirus infeksiyasından müalicə olunaraq sağalan insanların sayı isә 12 milyon 189 mini keçib.

Dünyada son 24 saat ərzində 206 709 koronavirusa yoluxma qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

Qeyd edilib ki, son 24 saat ərzində dünyada "Covid-19"dan 5116 xəstə dünyasını dəyişib.

Epidemiyanın mərkəzi olan ABŞ-da bu günə qədər virusdan ölənlərin sayı 161 min 607 olub. Ölkədəki yoluxmaların ümumi sayı 4 milyon 973 min 741 olaraq qeyd edilib.
Son 24 saat ərzində 829 insanın öldüyü Meksikada epidemiyadan ölənlərin sayı 49 min 698-ə, yoluxmaların sayı 456 min 100-ə çıxıb.
Avropada epidemiyanın mərkəzi olan İngiltərədə indiyək "Covid-19"dan 46 min 364 nəfər ölüb. Ölkədə 307 min 184 nəfər də virusa yoluxub.

Fransada son 24 saatda epidemiya səbəbiylə daha 9 nәfәrin ölmәsilә insan itkisi 30 min 205 olub. Ölkədə yeni növ koronavirusa yoluxanların sayı 695 min artaraq 220 min 746-ya çatıb.

Braziliyada son 24 saat ərzində koronavirusa yoluxanların sayı  1 437 nəfər artaraq 2 862 861-ə yüksəlib. Ölkədə indiyədək virusa yoluxmuş 97 418 xəstə vəfat edib. Son 24 saatda 1 437 ölüm faktı qeydə alınıb.

Braziliya həm koronavirusa yoluxma hallarına, həm də "Covid-19" qurbanlarının sayına görə dünyada ikinci yerdədir.

İtaliyada koronavirus infeksiyasına yeni 384 yoluxma faktı qeydə alınıb.

Ötən gün "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 248 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 181-i vəfat edib.

"Covid-19"dan ölənlərin sayısı: İspaniyada 28 min 499, Almaniyada 9 min 245 olub.

"Covid-19" epidemiyası səbəbindən son 24 saat ərzində Hindistanda daha 904 nəfər ölüb. Bununla da, ölkədə virusdan ölənlərin sayı 40 min 761-ə çatıb. Ümumilikdə virusa yoluxanların sayı 1 milyon 966 min nəfərdir. İlkin məlumatlara görə, ölkənin qərbindəki Gucerat əyalətində Kovid-19 virusundan əziyyət çəkən xəstələrin müalicə olunduğu xəstəxanada baş verən yanğın zamanı 8 nəfər ölüb.

Rusiyada bu günədək epidemiya nəticəsində ölənlərin sayı 14 min 490, yoluxanların sayı isə 866 min 627 nəfərdir.

İndiyədək "Covid-19"dan 17 min 976 ölüm faktının qeydə alındığı İranda 320 min 117 yoluxma aşkarlanıb.

İndiyə qədər epidemiyadan ölənlərin sayı: Pakistanda 6 min 35, İndoneziyada 5 min 452, İraqda 5 min 94, Səudiyyə Ərəbistanında 3 min 20 nəfərdir. Afrika qitəsində virusdan ölənlərin sayı 536 nəfər artaraq 21 min 679 olub. Qitədə yoluxma sayı 997 min 350-yə yüksəlib. Kovid-19 səbəbindən bu günə qədər ən yüksək ölüm 9 min 298 nəfərlə Cənubi Afrikada, 4 min 930 nəfərlə Misirdə və 1261 nəfərlə Əlcəzairdə qeydə alınıb. Son 24 saat ərzində Çində 37, Cənubi Koreyada 43 yeni yoluxma faktı aşkarlanıb.



Әlaqәli Xәbәrlәr