Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 683 min 560-ı keçib.

1465298
Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 683 min 560-ı keçib. Virusa yoluxanların sayı 17 milyon 790 min olub. Dünyada koronavirus infeksiyasından müalicə olunaraq sağalan insanların sayı isә 11 milyon 182 mini keçib.

Braziliyada daha 1212  insanın itkisi ilə virusdan ölənlərin sayı 92 min 568-ə yüksəlib, yoluxma halların sayı isə 52 min 383 artaraq 2 milyon 666 minə çatıb.
Meksikada virusdan can itkisi bir gündə 688 artaraq 46 min 688-ə çatıb, yoluxma halların sayı isə 8 min 458 artaraq 424 min 637-ə yüksəlib.

46 min 119 nəfərin ölümü və 303 min 181 yoluxma faktı ilə epidemiyanın Avropadakı mərkəzi olan İngiltərədə Baş nazir Boris Conson "Covid-19" yoluxmalarının arması  səbəbiylə 1 avqust (bu gün) elan etməyi planlaşdırdıqları tədbirləri yumşaltma qərarının 2 həftə təxirə salındığını açıqlayıb.
İtaliyada son 24 saatda yeni növ koronavirusdan 9 adam həlak olub. Bununla da ölkədə insan itkisi 35 min 141-ə yüksəlib. Aktiv xəstələrin sayının 12 min 422 olduğu ölkədə son gündə 379 yeni hadisə qeydə alınıb.
İspaniyada "Covid-19"dan həyatını itirənlərin sayı son 7 gündə 12 artaraq 28 min 445-ə çatıb. Son 24 saatdakı məlumatlara görə, 525 yeni hadisənin aşkarlandığı ölkədə virusa yoluxanların sayı 288 min 522 nəfərə çatıb.
Portuqaliyada son bir gündə "Covid-19"dan 8 nəfər ölüb. Bununla da ölkədə ölənlərin sayı 1 735-ə yüksəlib. 204 yeni yoluxma faktının aşkarlandığı ölkədə virusa yoluxanların sayı 51 min 72 nəfər olub.

Qazaxıstanda ötən gün 1 289 koronavirusa yoluxma faktı qeydə alınıb.

İndiyədək ölkədə ümumilikdə 90 367 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dövlət Komissiyasına koronavirusun yayılmasına qarşı karantin tədbirlərinin daha iki həftə uzadılması barədə göstəriş verib.

Meksikada koronavirusdan ölənlərin sayı 46 688 nəfərə çatıb.

İndiyədək ölkədə ümumilikdə 424 637 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

Məlumata görə, ölkədə virusa yoluxmuş 278 618 xəstə isə sağalıb.

ABŞ-da koronavirus infeksiyasından ölənlərin sayı 156 min 752-ni nəfəri keçib.

İndiyədək ölkədə ümumilikdə 4 milyon 706 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib,

Müalicə alan 2,24 milyon amerikalı sağalıb.

Qeyd edə ki, ABŞ həm "Covid-19" infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.
Epidemiyada 36 min 583 insanın öldüyü Hindistanda virusun yoluxduğu insan sayı 1 milyon 701 min olub.
İranda epidemiya səbəbiylə 16 min 766 adam ölüb, yoluxma sayı 304 min 204-ə yüksəlib. Məşhəd şəhərində insan itkisi və  yoluxmanın artması səbəbiylə parklar və bağlar yenidən bağlanıb. 
Prezident Həsən Ruhani ölkədə peyvənd tapana qədər sərt tədbirlərin davam edəcəyini və göstərişlərə əməl etməyənlərin cəzalandırılacağını söyləyib. Ölkə miqyasında toplantı keçirilməsilə bağlı qadağa qərarının davam etdiyini bildirən Ruhani, bu ayın sonuna təsadüf edən Məhərrəm ayı tədbirlərinin isə sağlamlıq təlimatlarına əməl edərək təşkil ediləcəyini vurğulayıb.
İsrail "Covid-19" infeksiyası səbəbindən 512 nəfər həyatını itirib, virusun yoluxduğu adam sayı 71 minə çatıb.
Afrika qitəsində ən böyük insan itkisi 8 min 5 ölümlə Cənubi Afrikada qeydə alınıb. Misirdə 4 min 805 və Əlcəzairdə 1210 ölüm halı olub. 
Yeni növ koronavirus qaynaqlı Küveytdə 447, Mərakeşdə 353 və Livanda 59 insan ölüb.



Әlaqәli Xәbәrlәr