ABŞ-ın Suriyaya yeni sanksiya qərarı

ABŞ rəhbərliyi, "Sezar Suriya Mülki Müdafiə Qanunu" çərçivəsində  Bəşər Esedin oğlu Hafez Esed də daxil olmaqla bəzi suriyalı şəxsləri sanksiya siyahısına daxil edib.

1464281
ABŞ-ın Suriyaya yeni sanksiya qərarı

ABŞ rəhbərliyi, "Sezar Suriya Mülki Müdafiə Qanunu" çərçivəsində  Bəşər Esedin oğlu Hafez Esed də daxil olmaqla bəzi suriyalı şəxsləri sanksiya siyahısına daxil edib.
Dövlə katibi Mayk Pompeo verdiyi yazılı açıqlamada ilk sanksiya qərarını keçən ay qebul etdiklərini bildirərək deyib:
"Dövlət Departamenti və Xəzinə Nazirliyi 'Sezar Suriya Mülki Müdafiə Qanunu" çərçivəsində qəbul edilən yeni 14 sanksiya qərarı ilə Əsəd rejiminə qarşı kampaniyasını davam etdirir. Yeni sanksiya qərarlarını 2011 və 2019-cu illərdə Əsəd rejiminin "ən dəhşətli zülmlərinin qurbanlarının xatirəsinə" bu hadisələrin baş verdiyi bölgələrə istinad edərək "Həma və Maarratünnuman" olaraq xarakterizə etdik. Əsəd rejiminin ordusu vəhşiliyin, zülmün və korrupsiyanın rəmzinə çevrildi. Onlar yüz minlərlə insanı qətlə yetirdilər, dinc etirazçıları həbs etdilər və işgəncə verdilər, insan həyatını nəzərə almadan məktəbləri, xəstəxanalar və bazarlar yerlərini məhv etdilər". 
Pompeo sanksiya qərarları çərçivəsində general Zuheyr Əsəd və Zuheyr Əsədin oğlu Kərəm Əsədlə yanaşı Bəşər Əsədin oğlu Hafiz Əsədin də siyahıya  saldıqlarını bildirib.
Bundan əlavə, rejim ordusunun 1-ci korpusunun sanksiyalara daxil olduğunu bildirən Pompeo "Qurbanların xatirələrini təzə saxlayarkən, Bəşər Əsəddən və rejimindən etdikləri zülmlərə görə cavab vermələrini istəməyə davam edəcəyik. Əsədin lazımsız və mərhəmətsiz müharibəsinin sona çatmasının vaxtı gəldi" ifadəsini işlədib.
Pompeo BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsasən Suriyada siyasi bir həll tapmağa çağırıb.
 ABŞ Dövlət Departamenti 17 iyunda da yenə Suriyanın Mülki Müdafiə Qanununa əsasən Bəşər Əsəd və həyat yoldaşı da daxil olmaqla 39 suriyalı yüksək vəzifəli şəxs və qurumun sanksiya siyahısına salındığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr