Sərrac Qətərin xarici işlər nazirilə İstanbulda görüşüb

Liviya və Qətər ikitərəfli əməkdaşlığa fəallıq qazandırılmasına dair razılıq əldə ediblər.

1460860
Sərrac Qətərin xarici işlər nazirilə İstanbulda görüşüb

Liviya və Qətər ikitərəfli əməkdaşlığa fəallıq qazandırılmasına dair razılıq əldə ediblər.
Liviyanın Baş Nazirlik ofisindən verilən məlumatda Baş nazir Fayiz əs-Sərrac ilə Qətərin Xarici İşlər naziri Məhəmməd bin Əbdurrahman Al Saninin İstanbulda görüşdüyü bildirilib.
Görüşdə Liviyadakı son hadisələrin və ikitərəfli əlaqələrin müzakirə olunduğunu ifadə edən tərəflər Liviya böhranının siyasi həllinin "Suheyrat" müqaviləsi (dekabr 2015), BMT qətnamələri və Berlin Konfransının (yanvar 2020) əsaslarına uyğun olmasının vacibliyini vurğulayıblar.
Tərəflərin iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə aktivləşdirilməsi barədə razılığa gəldikləri də qeyd edilib.



Әlaqәli Xәbәrlәr