Tramp Honq Konqla bağlı Çinə qarşı atılacaq addımları açıqladı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Honq Konq Xüsusi Administrativ Bölgəsinə gətirilən Milli Təhlükəsizlik Qanununa görə Çini məsul tutan qanunu təsdiq etdi, Honq Konqa imtiyazlarla bağlı prezident fərmanı imzaladı

1455426
Tramp Honq Konqla bağlı Çinə qarşı atılacaq addımları açıqladı

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Honq Konq Xüsusi Administrativ Bölgəsinə gətirilən Milli Təhlükəsizlik Qanununa görə Çini məsul tutan qanunu təsdiq etdi, Honq Konqa imtiyazlarla bağlı prezident fərmanı imzaladı.

  Ağ Evin həyətində təşkil edilən mətbuat konfransında Honq Konqla bağlı Çinə qarşı atılacaq yeni addımları açıqlayan ABŞ prezidenti deyib: "Çini Honq Konq xalqına qarşı təzyiq siyasətlərinə görə məsul tutan qanunu qəbul etdik. Honq Konq üçün Milli Təhlükəsizlik Qanunu çıxaran Çin səlahiyyətlilərilə iş görən bütün banklara sanksiya tətbiq olunmasını nəzərdə tutan qanun konqresin böyük dəstəyi ilə keçdi. Mən də bu mövzuda fərmanı təsdiqlədim. Fərman Honq Konqun azadlığını əlindən alanları və təşkilatları məsul tutmamızı təmin edən yeni vasitələr təmin edir.  

  Honq Konqdakı vəziyyəti yaxından təqib edirik. Vəziyyət yaxşı deyil. Honq Konq xalqınının azadlıqları əlindən alınıb və artıq sərbəst bazarda rəqabət apara bilmir.  

  ABŞ və Honq Konq birlikdə çox görür. Honq Konqa bir çox imtiyaz verən davranışımızı sona çatdıran fərman imzaladıq. Honq Konq artıq Çin ilə eyni rəftarı görəcək. Heç bir imtiyaz və xüsusi iqtisadi rəftar olmayacaq.

  Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Ticarət Təşkilatı da "Çinin kuklası"dır.

  Çini korona virusu gizlətdiyi və bütün dünyaya yaydığı üçün məsul tuturuq. Epidemiyanı başlananda dayandıra bilərdilər. O zaman bu, asan olardı."



Әlaqәli Xәbәrlәr