Koronavirusdan sağalanların sayı 7 milyonu keçib (9 iyul)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 12  milyonu, epidemiyadan sağalanların sayı da 7 milyonu keçib.

1451841
Koronavirusdan sağalanların sayı 7 milyonu keçib (9 iyul)
SÜPER FOTO madagaskar koronavirüs
koronavirus fransa.jpg

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 500 mini virusa yoluxanların sayı 12  milyonu, epidemiyadan sağalanların sayı da 7 milyonu keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus qurbanlarının sayı 134 mini, yoluxanların sayı isә  3 milyonu  keçib.  

Braziliyada koronavirusdan hәyatını itirәnlәrin sayı  67 min 964-ә yüksәlib. Ölkәdә virusa yoluxanların sayı da 1 milyon 713 min 160-a çatıb.

Meksikada koronavirus qurbanlarının sayı 32  min 796-ya  çatıb. Ölkәdә virusa yoluxanların ümumi sayı isә 275  min 3-ǝ yüksәlib.

Argentinada koronavirus qurbanlarının sayı 1694-ә yüksәlib. Ölkәdә virusa yoluxanların sayı da 87 mini keçib.

Peruda koronavirus qurbanlarının sayı 11 mini keçib. Ölkǝdǝ virusa yoluxanların sayı da 312 min 911-ǝ yüksǝlib.

Epidemiyanın avropadakı mәrkәzi olan İngiltәrәdә koronavirusdan gün әrzindә daha 126  nәfәr hәyatını itirib. Belәliklә ölkәdә bu günәdәk virusdan vәfat edәnlәrin sayı 44 min 517-yǝә  çatıb. Ölkәdә virusa yoluxanların sayı da 630  artaraq 286 min 979-a  yüksәlib.

Fransada epidemiya qurbanlarının sayı 3 gün  әrzindә 32 artaraq 29 min 965-ә, infeksiyaya yoluxanların sayı isә 663  artaraq 204 min 625-ә yüksәlib.

 



Әlaqәli Xәbәrlәr