“Airbus” şirkəti 15 min işçisini ixtisar edәcәk

Avropanın nəhəng təyyarə istehsalçısı “Airbus” şirkəti 15 min işçisini ixtisar etməyə hazırlaşır.

1447211
“Airbus” şirkəti 15 min işçisini ixtisar edәcәk

 

Avropanın nəhəng təyyarə istehsalçısı “Airbus” şirkəti 15 min işçisini ixtisar etməyə hazırlaşır.

Şirkәtdәn verilәn bәyanatda yeni növ koronavirus epidemiyasının yaratdığı böhran sәbәbindәn 2021 ilin yay aylarınadәk 15 min işçinin işdәn çıxarılacağı bildirilib.

Bәyanatda şirkәtin Fransadakı bazasında işlәyәn 5 min, Almaniyadakı bazasında işlәyәn 5 min 100, İngiltәrәdәki bazasında işlәyәn 1700 vә İspaniyadakı bazasında işlәyәn 900 işçinin çıxarılacağı bildirilib.

Şirkәtin dündadakı digәr bazalarda işlәyәn 2 min 300 işçisini dә ixtisar edәcәyi bildirilib.

Qeyd edək ki, “Airbus” şirkətinin dünya miqyasında 134  min işçisi var.



Әlaqәli Xәbәrlәr