Yәmәn ordusu ilә Husilәr arasında qarşıdurma olub, ölәnlәr var

Yәmәn ordusu ilә Husilәr vә onlara dәstәk verәn silahlı qrup arasında baş verәn qarşıdurma nәticәsindә 2-si әsgәr olmaqla 18 nәfәr hәlak olub.

1445735
Yәmәn ordusu ilә Husilәr arasında qarşıdurma olub, ölәnlәr var

 

 

Yәmәn ordusu ilә Husilәr vә onlara dәstәk verәn silahlı qrup arasında baş verәn qarşıdurma nәticәsindә 2-si әsgәr olmaqla 18 nәfәr hәlak olub.

Bu barәdә Yәmәn ordusuna tabe olan Amerika Qüvvәlәrinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumatda İran tәrәfindәn dәstәklәnәn Husilәrin Hudeydenin cәnubundakı Әl-Faze bölgәsinә hücum tәşkil etdiyi bildirilib.

Hücuma lazımi cavab verәn Yәmәn ordusunun 9 silahlını zәrәrsizlәşdirdiyi vә baş verәn qarşıdurma nәticәsindә çox sayda silahlının da yaralandığı qeyd olunub.

Digәr tәrәfdәn hәrbi mәnbәlәrin yaydığı mәlumata әsasәn, Marib vilayәtinin Haşia bölgәsindә Husilәrә dәstәk verәn bir silahlı qrup ilә Yәmәn ordusu arasında qarşıdurma olub. Bir neçә saat davam edәn qarşıdurma nәticәsindә 2 әsgәr hәlak olub. Qarşıdurma zamanı yeddi silahlının da öldürüldüyü bildirilib.

Uzun zamandır siyasi qeyri-sabitliyin hökm sürdüyü Yәmәndә İran tәrәfindәn dәstәklәnәn Husilәr vә hökumәtә sadiq qüvvәlәr arasında qarşıdurmalar yaşanır.

Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ildәn bәri Husilәrin nәzarәtindәdir. Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri 2015-ci ilin mart ayından etibarәn Husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.



Әlaqәli Xәbәrlәr