Sərrac Beynəlxalq Cinayət Məhkəməsini törədilən cinayətləri araşdırmağa çağırdı

Fayiz əs-Sərrac Beynəlxalq Cinayət Məhkəməsindən Həftərə sadiq silahlıların törətdiyi cinayətlərin təcili olaraq araşdırılması üçün işçi qrupu göndərilməsini istəyib.

1445076
Sərrac Beynəlxalq Cinayət Məhkəməsini törədilən cinayətləri araşdırmağa çağırdı

Liviyanın baş naziri Fayiz əs-Sərrac Beynəlxalq Cinayət Məhkəməsindən (UCM) ölkənin şərqindəki qanunsuz qüvvələrin başçısı Həftərə sadiq silahlıların törətdiyi cinayətlərin təcili olaraq araşdırmaq üçün işçi qrupu göndərilməsini istəyib.
Liviya Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd əl-Kablavinin "Twitter" hesabından verdiyi açıqlamaya görə, Sərrac UCM-ni Hafter silahlılarının törətdikləri cinayətləri araşdırmaq üçün bir qrup göndərməyə çağırıb.
Göndəriləcək komandaya lazımi dəstəyin veriləcəyini vəd edən Sərrac cinayətlərin cəzasız qalmasının Hafter silahlılarını Ruanda və Bosniya və Herseqovinada baş verən soyqırım və nasist cinayətlərindən bəri misli görülməmiş cinayətlər törətməyə təşviq etdiyini bildirib.
Açıqlamaya görə, Sərrac Hafter silahlılarının mülki şəxslərə, mülki hava limanlarına, miqrantların qaldığı sığınacaqlara hücumunu və millət vəkili Siham Sergivanın Benqazidəki evindən qaçırılmasını müharibə və insanlığa qarşı cinayət kimi qiymətləndirib.
Qeyd edək ki, Hafter silahlıları millət vəkili Sergivanı iyul ayından bəri naməlum yerdə tutur.
UCM baş prokuroru Fatou Bensouda 22 iyunda Liviyada ortaya çıxarılan kütləvi məzarlığın "müharibə cinayətləri" və ya "insanlığa qarşı cinayətlərə" dəlil ola biləcəyini ifadə edib.
24 iyun tarixində BMT Liviyaya Dəstək Missiyasından (UNSMIL) edilən yazılı açıqlamada Liviyadakı hadisələrin araşdırılması üçün BMT İnsan Hüquqları Şurası ilə əlaqəli Liviya Beynəlxalq Araşdırma Komissiyasının yaradıldığı elan edilmişdi.



Әlaqәli Xәbәrlәr