Hindistanda ildırım vurması nәticәsindә 116 nәfәr hәyatını itirib
Bu barәdә ‘‘İndia Today’’ qәzeti mәlumat yayıb.
1443789
Hindistanın Bihar və Uttar Pradeş ştatlarında son iki gündə ildırım vurması nəticəsində 116 nəfər dünyasını dəyişib.
Bu barәdә ‘‘İndia Today’’ qәzeti mәlumat yayıb. Mәlumata görә, Bihar ştatının rәsmilәri ştatın müxtәlif bölgәlәrindә ildırım vurmasından 92 nәfәrin dünyasını dәyişdirini, 20 nәfәrin dә yaralandığını bildirib.
Uttar Pradeş ştatının rәsmilәri dә ildırım vurmasından 24 nәfәrin öldüyünü, 12 nәfәrin yaralandığını açıqlayıb.
Bölgәdәki tikililәrә dә ciddi ziyan dәydiyi bildirilib.
Qeyd edәk ki, Hindistan baş naziri Narendra Modi ildırım vurması nәticәsindә hәyatını itirәlәrin ailәlәrinә başsağlığı verib.
Әlaqәli Xәbәrlәr
“Bir sıra Aİ ölkəsinin Fələstini rəsmən tanımasını gözləyirik”, C.Borell
İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin məlumatına görə ...