"Sizin yeriniz beynəlxalq məhkəmələrdir"

Liviya Xarici İşlər Nazirliyi “twitter”dən edilən şərhdə bildirib

1442034
"Sizin yeriniz beynəlxalq məhkəmələrdir"

 

  Liviya Ərəb Birliyinin ikili standartına görə xarici işlər nazirləri yığıncağında təmsil səviyyəsinin aşağı düşdüyünü açıqladı.

  Liviya Xarici İşlər Nazirliyi “twitter”dən edilən şərhdə bildirib: "Ərəb Birliyinin yığıncaqdakı təmsil səviyyəsini salmasını və tətbiq olunan ikili standartı qınayırıq. Liviyanın keçən ilin aprel ayından bu yana tələb etdiyi yığıncaq kafi əksəriyyətə çatmadığı üçün təşkil oluna bilmir”.  

  Liviyanın Ərəb Birliyindəki daimi nümayəndəsi Saleh eş-Şemahi sözügedən mövzu ilə bağlı deyib: "Liviya ordusu Xəlifə Hafterin terrorçu milislərini məğlub edərək əllərindəki şəhərləri azad etdi. Bunların sonuncusu Terhune idi. Vəziyyət dəyişdikdən və Trablusa qarşı hücumlar havaya sovrulduqdan sonra bundan əvvəl barış və atəşkəs səylərinə maneə törədən Hafteri dəstəkləyən ölkələrdən dialoq çağırışları eşitməyə başladıq. Sizin yeriniz beynəlxalq məhkəmələrdir. Kim “qırmızı xətt” deyə bağırsa, ona bütün Liviya şəhidlərinin qanıyla çəkilmiş qırmızı xətti göstərərik”.

  Qeyd edək ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi bir neçə gün qabaq Liviya sərhədi yaxınlığındakı hava qüvvələri bazasında olarkən: "Misir ordusu, lazım gəlsə, ölkə sərhədləri xaricində hərbi vəzifə icra edə bilər”, - deyib.

  Hətta Liviyadakı qəbilə və tayfaları silahlandıracaqlarını söyləyən Sisi: "Sirte və Cufra qırmızı xəttdir. Liviyanı libyalılardan başqası müdafiə etməyəcək. Kömək etməyə və dəstək verməyə hazırıq. Sərhədlərimiz içində və ya lazım olsa, sərhədlərimizin xaricində hər hansı vəzifəni yerinə yetirməyə hazırıq", - deyə söyləyib.

  Liviya hökuməti Sisinin hərbi müdaxilə təhdidi daşıyan sözlərini Liviyanın daxili işlərə qarışma, suverenliyinə təcavüz və bir müharibə elanı olaraq qəbul etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr