Avropa Parlamenti "Corc Floydun qorxunc ölümünü kəskin şəkildə qınayan qərar” qəbul etdi

Avropa Parlamentinin yeni tip korona virusu (Covid-19) ilə bağlı Belçikanın paytaxtı Brüsseldə təşkil etdiyi iclasında "Corc Floydun qorxunc ölümünü kəskin şəkildə qınayan qərar” 104-ə qarşı 493 səslə qəbul edilib

1439741
Avropa Parlamenti "Corc Floydun qorxunc ölümünü kəskin şəkildə qınayan qərar” qəbul etdi

 

  Avropa Parlamenti irqçilik, zorakılıq və ədalətsizliyə qarşı güclü tədbirlər görülməsinin vacib olduğunu bildirdi.

  Avropa Parlamentinin yeni tip korona virusu (Covid-19) ilə bağlı Belçikanın paytaxtı Brüsseldə təşkil etdiyi iclasında "Corc Floydun qorxunc ölümünü kəskin şəkildə qınayan qərar” 104-ə qarşı 493 səslə qəbul edilib.

  Qərarda dünyanın müxtəlif yerlərində Floyd hadisəsinə bənzər ölümlər də qınanaraq deyilir: "Cəmiyyətlərimizdə irqçiliyə və ayrı-seçkiliyə yer yoxdur. İrqçilik, şiddət və ədalətsizliyə qarşı güclü tədbirlər görülməlidir. Son vaxtlar Amerika Birləşmiş Ştatları və dünya üzrə irqçilik əleyhinə hərəkətləri hələ də  dəstəkləyənlər var. Güc qurumlarının zorakılıqdan istifadə etməsi yalnız mütənasiblik qanununa uyğun gəlməsi halında şərtdir. Polis şiddəti cəzasız qalmayacaq.

  Avropa İttifaqı təşkilatları və üzv ölkələr keçmişdə Afrika və fərqli etnik qruplara qarşı törədilən cinayətləri rəsmi olaraq qəbul etməlidir.

  İrqçiliklə bağlı bütün sahələrdə mübarizə Avropanın prioriteti olmalıdır.

  Avropa İttifaqı Komissiyası tərəfindən 2008-ci ildə təklif edilən "Ayrı-seçkiliyin qarşıqının alınması ilə bağlı bəyanat" qısa müddətdə qanun şəklində qəbul edilməlidir.”



Әlaqәli Xәbәrlәr