Avropa İttifaqında ən çox mühacir qəbul edən ölkə

Avropa Statistika Mərkəzi (Eurostat) 20 İyun Ümumdünya Mühacir Günü ilə əlaqədar Aİ-də 2019-cu ildə qaçqın müraciətləri və immiqrasiya rəqəmlərini açıqlayıb

1439450
Avropa İttifaqında ən çox mühacir qəbul edən ölkə

 

  Avropa İttifaqında 2019-cu ildə ən çox mühacir qəbul edən ölkə Almaniya olub.

  Avropa Statistika Mərkəzi (Eurostat) 20 İyun Ümumdünya Mühacir Günü ilə əlaqədar Aİ-də 2019-cu ildə qaçqın müraciətləri və immiqrasiya rəqəmlərini açıqlayıb. Məlumata əsasən, Avropa İttifaqına 152 fərqli ölkədən ümumi 612 min 700 mühacirət müraciəti edilib ki, bunların ən çoxu Suriya (74 min 400), sonra Əfqanıstan (52 min 500) və Venezuela (44 min 800) vətəndaşları tərəfindən olunub.

  Ən çox mühacir qəbul edən Aİ ölkəsi Almaniya (142 min 500), sonra Fransa (119 min 900) və İspaniyadır (115 min 200).

  Mühacirət müraciətlərinin 7 faizi ata-anasız gələn uşaqlar, 62 faizi yetkinlik yaşında olan kişilər, 38 faizi isə qadınlardan ibarətdir.



Әlaqәli Xәbәrlәr