NATO-nun pandemiyanın ikinci dalğasına qarşı əməliyyat planı

NATO yeni növ koronavirusun (Covid-19) ehtimal olunan ikinci dalğasına qarşı əməliyyat planı qəbul edib.

1438917
NATO-nun pandemiyanın ikinci dalğasına qarşı  əməliyyat planı

NATO yeni növ koronavirusun (Covid-19) ehtimal olunan ikinci dalğasına qarşı əməliyyat planı qəbul edib.
NATO-nun baş katibi Yens Stoltenberq "NATO ehtimal olunan ikinci dalğa üçün hazırlaşır. Müdafiə nazirləri yeni bir əməliyyat planı, tibbi avadanlıq ehtiyatlarının yığılması və lazımi tibbi avadanlıqların sürətli tədarükü üçün maliyyələşdirmə mövzusunda razılığa gəldilər" deyib. Stoltenberq videokonfrans vasitəsilə müdafiə nazirlərinin iki günlük görüşündən sonra mətbuata açıqlamalar verib.
NATO-nun əsas vəzifəsinin müdafiə və yayındırma təklif etmək olduğunu ifadə edən Stoltenberq ikinci gün iclaslarında müdafiə nazirlərinin "Covid-19" pandemiyasında mümkün olan ikinci dalğa üçün hazırlıq planını müzakirə etdiyini söyləyib.
Səhiyyə səlahiyyətlilərinin ehtimal olunan ikinci dalğa ilə əlaqədar xəbərdarlıq etdiyini bildirən Stoltenberq sağlıq böhranının bir təhlükəsizlik böhranına çevrilməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr