Koronavirusla bağlı Şərqin vəziyyəti

Dünyada virusa yoluxanların sayı 8 milyon 586 mini, sağalanların sayı isə 4 milyon 536 mini keçib.

1438929
Koronavirusla bağlı Şərqin vəziyyəti

Dünyada yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 456 min 460-dan yuxarıdır. Virusa yoluxanların sayı 8 milyon 586 mini, sağalanların sayı isə 4 milyon 536 mini keçib.

Rusiyada son 24 saat ərzində daha 7 972 nəfər yeni növ koronavirusa yoluxub. Ölkədə infeksiyaya yoluxanların sayı 569 063 nəfərə çatıb. Son 24 saat ərzində 181 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 7 841 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 324 406 nəfərdir.

Son 24 saatda epidemiya nəticəsində ölənlərin sayının 7 nəfər artaraq 331-ə yüksəldiyi Belarusda daha 625 nəfərdə virusun aşkarlanması ilə yoluxmaların sayı 56 min 657-ə yüksəlib.
Moldovada insan itkisi son 24 saatda 11 artaraq 444-ə çıxıb, daha 374 nəfərdə virus aşkarlanması ilə yoluxma halların sayı 13 min 106 olub. Xəstəliyə yoluxanlardan 2 min 40 nəfərin səhiyyə işçiləri olduğu bildirilib.
51 insan itkisinin olduğu Tacikistanda "Covid-19" infeksiyasına yoluxanların sayı son 24 saatda 58 artaraq 5279-a çıxıb. 
Qazaxıstanda virusdan həlak olanların sayı 3 nəfər artaraq 100-ə, yoluxanların sayı isə 15 min 877-yə çıxdığı bildirilib. 

Qazaxıstan baş Nazirinin müavini Yeralı Toqjanov yeni növ koronavirusa (Covid-19) yoluxub. Baş nazirin müavini özünütəcrid edib.

“Məndə koronavirus infeksiyasının asimptomatik forması aşkarlanıb. Daha tez sağalmaq və işə başlamaq üçün həkimlərin bütün göstərişlərinə əməl edirəm. Vətəndaşlarımızdan xahiş edirəm ki, tibbi maska taxsınlar, əllərini tez-tez yusunlar və digər gigiyenik qaydalara əməl etsinlər”,  - Y. Toqjanov vurğulayıb.

19 nəfərin həyatını itirdiyi Özbəkistanda "Covid-19" infeksiyasına yoluxma sayı son 24 saatda 33 artaraq 5 min730-a çıxıb. Bildirildi ki, virusa yoluxanlardan ikisinin Nazirlər Şurasının əməkdaşları olduğu müəyyən edilib və buna görə Nazirlər Şurasının binası müvəqqəti karantinə alınıb.
Koronavirusdan qaynaqlı insan itkisi Əlcəzairdə 811, Yəməndə 248 və Qətərdə 86 olduqda, yoluxanların sayı 11 min 385, 909 və 84 min 441 olub.
Misirdə yeni növ koronavirus səbəbiylə daha 88 nəfər ölüb, bununla da insan itkisi min 938-ə yüksəlib.  Daha 218 nəfərin diaqnozu ilə yoluxma hallarının sayı 50 min 437-ə çıxıb.

1139 insanın həyatını itirdiyi və dyoluxmaların sayının 145 min 991 olduğu Səudiyyə Ərəbistanında "Covid-19" tədbirləri çərçivəsində 3 ay əvvəl bağlanmış məscidlərin iyunun 21-də açılması üçün hazırlıqlar görülür. Rəsmi Ər-Riyad 31 mayda 2 aylıq fasilədən sonra Məkkədən başqa ölkə daxilində məscidlərin ibadət üçün açıldığını açıqlayıb.
Hindistanda son 24 saatda 336 nəfərin ölümü ilə ölənlərin sayı 12 min 573, yoluxma hallarının sayı isə 13 min 586 artaraq 380 min 532-ə yüksəlib.
9 min 272 nəfərin öldüyü, 197 min 647 insana virusun yoluxduğu İranda prezident Həsən Ruhani yoluxmaların artmasının ən önəmli amili olan toplantıların qarşısının alınmasına və maskaların istifadəsinə diqqət yetirilməsini istəyib.
Çinli epidemiolog Vu Zunyou paytaxt Pekində "Covid-19" epidemiyasına nəzarət edildiyini iddia edərək, yoluxma hallarının bir neçə gün ərzində azalacağının ehtimal olunduğunu bildirib. Pekindəki Şinfadi bazarında baş qaldıran və son günlərdə sürətlə artan "Covid-19" yoluxma  sayı şəhərdə çox sərt tədbirlər görməsilə nəticələnmiş və cəmiyyətdə "ikinci dalğa" narahatlıqlarını artırmışdı.
674 insan itkisinin olduğu Cənubi Afrika Respublikasında yoluxmaların sayı 4 min 83 artaraq 80 min 412-ə  yüksəlib.
475 nəfərin öldüyü Nigeriyada "Covid-19" tədbirlərinin yumşaldılması çərçivəsində 21 iyuna nəzərdə tutulan daxili reyslərin başlama tarixi təxirə salınıb.
Afrika qitəsi miqyasında ölənlərin sayı 7 min 450, yoluxmaların sayı isə 278 mini keçib.



Әlaqәli Xәbәrlәr