Koronavirusla bağlı Şərqin vəziyyəti

Dünyada yeni növ koronavirus (Covid-19) səbəbindən həyatını itirənlərin sayı 423 min 900-ü ötüb.

1434330
Koronavirusla bağlı Şərqin vəziyyəti

Dünyada yeni növ koronavirus (Covid-19) səbəbindən həyatını itirənlərin sayı 423 min 900-ü ötüb. Yoluxma sayı 7 milyon 600 minə, sağalanların sayı isə 3 milyon 844 minə yaxınlaşıb.
Tacikistanda "Covid-19" virusundan həyatını itirənlərin sayı son 24 saat ərzində 49 artıb, yoluxma sayı isə 71 artaraq 4 min 834 olub.
26 ölüm faktının qeydə alındığı Qırğızıstanda "Covid-19"-a yoluxma sayı son 24 saatda 36 artaraq 2 min 129-a çıxıb.
19 nəfərin öldüyü Özbəkistanda virusa yoluxma sayı 22 artaraq 4717-ə yüksəlib.

Epidemiya nəticəsində ölənlərin sayı Səudiyyə Ərəbistanında 857, Əlcəzairdə 471, İraqda 457, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 286, Küveytdə 279, Yəməndə 136, Qətərdə 69, Bəhreyndə 34, Livanda 31-ə yüksəlib.
Epidemiyadan daha 5 nəfərin ölməsilə həlak olanların sayının 293-ə yüksəldiyi Belarusda daha 750 virusun aşkarlanması ilə yoluxma sayı 51 816-ya yüksəlib. Səhiyyə naziri Vladimir Karanik mümkün ola biləcək ikinci dalğaya hazır olunmasının vacibliyini vurğulayıb.
Moldovada insan itkisi son 24 saatda 4 nəfər artıb, yoluxma sayı isə 10 min 727-yə yüksəlib. 
Dünən Mərakeşdə "Covid-19"-dan ölən olmadıqda, yoluxma sayı 29 artaraq 8 min 537-yə çıxıb.
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti koronavirusa qarşı görülən tədbirlər çərçivəsində iyulun 1-dən etibarən ölkəyə girməyə icazə verəcək.
Afrika qitəsində "Covid-19-dan ölənlərin sayı 5 734,  yoluxmaların sayı isə 213 mindən yuxarıdır.
 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son bir həftə ərzində Afrika miqyasında "Covid-19" yoluxmalarının son bir həftədə 31 faiz artdığını açıqlayıb. Mavritaniya, Efiopiya, Cənubi Sudan və Zimbabvedə ən sürətli yoluxma faktı qeydə alınıb.
Misirdə "Covid-19"-dan daha 35 insan itkisinin olması ilə, ümumi vəfat sayı min 377-yə, yoluxma sayı 39 min 726-ya yüksəlib. Cənubi Afrikada insan itkisi 284 minə və Nigeriyada 387-yə çıxıb. Hindistanda son 24 saat ərzində 396 nəfər koronavirusdan ölüb, 10 min 956 nəfərə "Covid-19 diaqnozu qoyulub.



Әlaqәli Xәbәrlәr