Dünyada koronavirusa yoluxanların sayı 7 milyon 400-minə yaxınlaşıb

Virusa yoluxanların sayı 7 milyon 347 min 800-ü vә epidemiyadan sağalanların sayı da 3 milyon 627 min 230-u keçib.

1433073
Dünyada koronavirusa yoluxanların sayı 7 milyon 400-minə yaxınlaşıb

Dünya miqyasında yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 414 min 260-ı, virusa yoluxanların sayı 7 milyon 347 min 800-ü vә epidemiyadan sağalanların sayı da 3 milyon 627 min 230-u keçib.

Amerika Birləşmiş Ştatlarında epidemiya səbəbindən indiyədək ölənlərin sayı 114 min 151 nəfər olduğu halda, "Covid-19"-a yoluxanların sayı 2 milyon 45 min 715-ə çatıb.

Braziliyada isə "Covid-19"-dan ölənlərin sayı 38 min 497-yə yüksəlib. Yoluxanların sayı 742 mini ötüb.

Meksikada "Covid-19" səbəbindən indiyədək 14 min 649 nəfər həyatını itirib. Virus səbəbindən indiyədək 5 min 738 ölümün qeydə alındığı Peruda yoluxma sayı 203 min 700-ü ötüb.

Epidemiyanın Avropadakı mərkəzi İngiltərədə ölənlərin sayı son bir gündə 286 nəfər artaraq 40 min 883-ə çatıb. Milli Statistika İdarəsi isə həqiqi ölü sayının may ayının sonunda 50 mini ötdüyünü açıqlayıb. Yoluxma sayı isə bir gündə 1387 nəfər artaraq, 289 min 140 olub.

İtaliyada "Covid-19" səbəbindən həyatını itirənlərin sayı son 24 saatda 79 nəfər artaraq 34 min 43-ə çatıb, aktiv yoluxma sayı isə 1858 nəfər azalma ilə 32 min 872-yə enib. Ölkədə ümumilikdə son 24 saat ərzində qeydə alınan yeni yoluxma sayı 283 olub.

Fransada epidemiya səbəbindən son 24 saat ərzində insan itkisi 87 nəfərin ölümü ilə 29 min 296, yoluxanların sayı isə 403 nəfər artaraq 191 min 996 nəfər olub. İspaniyada Səhiyyə Nazirliyi son iki gündə koronavirusdan ölənlərin olmadığını, indiyədək ölənlərin sayının isə 27 min 136-da dayandığını açıqlayıb. Nazirlik, yeni yoluxma sayının 84 nəfər artımla 241 min 966-ya çatdığını bildirib.

Portuqaliyada isə "Covid-19"-dan son 24 saat ərzində 7 nəfərin həyatını itirməsilə ölənlərin sayı 1492-yə, 421 yeni yoluxma ilə yoluxanların sayı isə 35 min 306-ya çatıb. Paytaxt Lissabon və ətrafı, mayın 8-dən indiyədək ən yüksək gündəlik artımla diqqət çəkib.

Digər bəzi ölkələrdəki insan itkisi isə belədir:

"Belçika 9 min 629, Almaniya 8 min 831, Kanada 7 min 897, Çili 2 min 283".



Әlaqәli Xәbәrlәr