ABŞ-da polis zorakılığına qarşı reaksiyalar və davam edən etiraz aksiyaları

ABŞ mediasında yer alan məlumatlara görə...

1431545
ABŞ-da polis zorakılığına qarşı reaksiyalar və davam edən etiraz aksiyaları

ABŞ-da Afrika mənşəli Corc Floydun polis zorakılığı nəticəsində həyatını itirdiyi Minneapolisdəki polis şöbəsi ləğv ediləcək.
ABŞ mediasında yer alan məlumatlara görə, Minneapolis Şəhər Şurası polis zorakılığına qarşı göstərilən reaksiyalar və davam edən etiraz aksiyalarından sonra polis şöbəsinin bağlanacağını açıqlayıb. 
Minneapolis Şəhər Şurasının sədri Lisa Bender polis şöbəsinin bağlanaraq, bunun yerində ictimai təhlükəsizliyi təmin edəcək yeni bir sistemin yaradılacağını söyləyib.
Digər tərəfdən, ölkə miqyasına yayılan etirazlar 13-cü gününə daxil olub.
Nyu York, Çikaqo və Filadelfiyadakı komendant saatı ləğv olundu.
Nyu-Yorkun müxtəlif yerlərində keçirilən etiraz aksiyalarında bir qrup nümayişçi isə, Tramp Tover qarşısında "Səs ver, Trampdan yaxa qurtar" kimi şüarlar səsləndirib.
ABŞ prezidenti Donald Tramp isə, etirazların davam etdiyi Vaşinqtonda milli qvardiyanın geri çəkilməsi üçün göstəriş verib.
Paytaxtdakı etiraz aksiyalarına yüzlərlə Evangelizm kilsəsinin yüzlərlə mənsubu da iştirak edib.
Virciniyada  isə dünən gecə Amerika vətəndaş müharibəsi zamanı Konfederasiya ordusunun generalı Karter Vikhamın heykəli məhv edilib.
Digər tərəfdən, Nyu-York Bələdiyyə başçısı Bill de Blasio Afrika mənşəli Corc Floydun polis zorakılığından öldükdən sonra artan islahat tələbləri çərçivəsində polis şöbəsinə ayrılan büdcədə kəsinti olacağını açıqlayıb.
Blasio ixtisarın sosial xidmətlərə ayrılacağını da bildirib.
Bu arada ABŞ Ədliyyə naziri Vilyım Barr "CBS" televiziyasına Afrika mənşəli Corc Floydun polis zorakılığı və ölkə daxilindəki etiraz aksiyaları nəticəsində həlak olması ilə bağlı açıqlama verib.
Afrika mənşəli amerikalıların ölkənin tarixini nəzərə alan polisə niyə etibar etmədiyini başa düşdüyünü söyləyən Barr deyib: "Bir çox qurumlarımız tariximizdə açıq irqçi idi. 1960-cı illərdən bəri qeyri-bərabərlik üzərində qurumlarda islahatlar aparıldı və irəliləyişləroldu. ABŞ-da irqçilik var, amma hüquq-mühafizə orqanlarında sistematik irqçilik olduğunu düşünmürəm".
Xatırladaq ki, ABŞ-ın Minnesota əyalətində 25 mayda yaşanan hadisədə Afrika mənşəli Corc Floyd nəzarətə alınarkən "Nəfəs ala bilmirəm" deyə yalvarsa da, polisin dizini onun boğazından çəkməməsi nəticəsində həyatını itirdi. O gündən bütün ABŞ şəhərlərində irqçilik və polis zorakılığına qarşı etiraz nümayişləri davam edir.



Әlaqәli Xәbәrlәr