ABŞ-da nümayişçilərə müdaxilənin daha da sərtləşəcəyi barədə siqnallar var

ABŞ-da afroamerikalı Corc Floydun mayın 25-də Minnesota ştatında  polisin zorakılığı nəticəsində həyatını itirməsilə başlayan reaksiyalar 10 gündür artaraq davam edir.

1429027
ABŞ-da nümayişçilərə müdaxilənin daha da sərtləşəcəyi barədə siqnallar var

ABŞ-da afroamerikalı Corc Floydun mayın 25-də Minnesota ştatında  polisin zorakılığı nəticəsində həyatını itirməsilə başlayan reaksiyalar 10 gündür artaraq davam edir. Rəhbərliyin nümayişçilərə reaksiyasının daha da sərtləşəcəyi barədə siqnallar var.
Müdafiə naziri Mark Esper gün ərzində elan etdiyi "Vaşinqton ştatının yaxınlığındakı bazalara ehtiyat məqsədli yerləşdirilmiş əsgərləri çəkmək" qərarını geri ləğv edib.
"AP" xəbər agentliyinə açıqlama verən müdafiə səlahiyyətliləri iyunun 2-də axşam saatlarında Vaşinqton bölgəsinə cəlb olunan 1 600 əsgərin dünən axşam başlayaraq bazalarına qayıdacağını bildirmişdi. Lakin qısa bir müddət sonra Quru Qoşunların baş katibi Rayan Makkarti eyni agentliyə nazir Esperin geri çəkilmə qərarını ləğv etdiyini söyləyib.
Ağ Evin sözçüsü Kayleigh Mayk Enany, prezident Donald Trampın vacib olacağı təqdirdə davam edən etirazlara qarşı hərbi güc tətbiq etməsinə imkan verən "Üsyan Qanunu"na tətbiq edəcəyini deyib.
Mayk Enany təşkil etdiyi mətbuat konfransında konstitusiyanın şəxslərə ifadə azadlığı verən birinci əlavə maddəsinə işarə edərək "1-ci  əlavə maddə heç kəsə talan etmək, üsyan etmək, binaları yandırmaq, əmlakı qarətləmək, vətəndaşları və polisi narahat etmək hüququ vermir. Bu maddə insanlara dinc toplaşmaq hüququnu verir" ifadəsini işilədib.
ABŞ-da afroamerikalı Corc Floydun ölümünə görə çərşənbə günü təqsirli elan olunan 3 keçmiş polis əməkdaşı gün ərzində həbs ediləcəklər.
Bu barədə Minnesota ştatının cinayət-axtarış bürosunun rəhbəri Dryu Evans bildirib.
“Zabitlərin həbsi prosesini icra edirik, onlardan biri nəzarət altındadır, digərləri də saxlanılacaqlar. Bunun günün ikinci yarısında baş tutacağını gözləyirik”, - Evans belə deyib.
Məhkəmə sənədlərinə görə, bundan bir qədər əvvəl isə Minnesota ştatının prokurorluğu mərhum Corc Floydun ölümündə günahlandırılan sabiq polis işçisi Derek Çavenə qarşı ittihamı daha da ağırlaşdırıb. Çaven hazırda “niyyətsiz olaraq ağır cinayət törədərkən 2-ci dərəcəli adam öldürmə”də ittiham olunur.
Bundan əlavə, istintaq son dərəcə ehtiyatsız davranış səbəbindən 3-cü dərəcəli adam öldürmə və səhlənkarlıq edərək 2-ci dərəcəli ehtiyatsızlıqdan adam öldürmə ittihamlarını saxlayıb. Əgər təqsiri sübuta yetirilərsə, Çaveni uzun müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Çavenin iştirakı ilə ilk məhkəmə iclası bazar ertəsinə təyin olunub.



Әlaqәli Xәbәrlәr