Mәsciddә terror aktı törәdilib, ölәnlәr var

Әfqanıstanın paytaxtı Kabildәki Vәzir Әkbәr Xan mәscidindә törәdilәn terror aktı nәticәsindә 2 nәfәr hәlak olub.

1428391
Mәsciddә terror aktı törәdilib, ölәnlәr var

 

Әfqanıstanın paytaxtı Kabildәki Vәzir Әkbәr Xan mәscidindә törәdilәn  terror aktı nәticәsindә  2 nәfәr hәlak olub.

Hücum zamanı  ölkәnin әhәmiyyәtli din xadimlәrindәn olan Mәhәmmәd Ayaz Niyazinin öldüyü bildirilib.

Daxili İşlәr Nazirliyinin sözçüsü Tarık Ayren mәscidә yerlәşdirilәn bombanın axşam namazı zamanı işә salındığını qeyd edib. Hücum nәticәsindә ağır xәsarәt alan 2 nәfәrin hәlak olduğunu, iki nәfәrin dә yaralandığını bildirәn Ayren mәscidin hәyәtinә yerlәşdirilәn ikinci bombanın da mәhv edildiyini söylәyib.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.



Әlaqәli Xәbәrlәr