Koronavirusa yoluxanların sayı 5 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 300 mini, virusa yoluxanların sayı 5 milyonu vә epidemiyadan sağalanların sayı da 2 milyonu keçib.

1424662
Koronavirusa yoluxanların sayı 5 milyonu keçib

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 300 mini, virusa yoluxanların sayı 5 milyonu vә epidemiyadan sağalanların sayı da 2 milyonu keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus sәbәbindәn vәfat edәnlәrin sayı 1 milyon 600 mini, infeksiyaya yoluxanların sayı da 1 milyon 700 mini keçib. Vaşinqton DC-dә koronavirusla mübarizә çәrçivәsindә  edilәn  ‘‘evdә qal’’ çağırışının müddәti cümә günü sona çatacaq.

Epidemiyanın Avropadakı mәrkәzi olan İngiltәrәdә isә koronavirus qurbanlarının sayı 37 mini, infeksiyaya yoluxanların sayı da 260 mini keçib.Ölkәnin sәhiyyә naziri Matt Hankok epidemiya ilә mübarizә çәrçivәsindә tәmaslı tәqib sisteminin bu gündәn etibarәn güvvәyә minәcәyini söylәyib.

İtaliyada yeni növ koronavirus epidemiyası sәbәbindәn hәyatını itirәnlәrin sayı 37 minә yüksәlib, virusa yoluxanların sayı da 50 min 966-ya enib.

Fransada koronavirus qurbanlarının sayı gün әrzindә 66 artaraq 28 mini keçib. Ölkәdә virusa daha 191 adamın yoluxması ilә tutulanların sayı 220 min 148-ә yüksәlib.

Belçikada koronavirusdan ölәnlәrin sayı 9 min 388-ә, yoluxanların sayı da 57 min 849-a çatıb.

İspaniya Sәhiyyә Nazirliyi gün әrzindә virusa bir nәfәrin yoluxduğunu açıqlayıb. Ölkәdә indiyәdәk virus sәbәbindәn vәfat edәnlәrin sayı 27 mini, infeksiyaya yoluxanların sayı da 230 mini keçib.

Avstriyada koronavirus qurbanlarının sayı 645-ә, infeksiyaya yoluxanların ümumi sayı da 15 min 591-ә yüksәlib. Ölkәdә virusla bağlı görülәn tәdbirlәrin mәrhәlәli şәkildә aradan qaldırılacağı vә bu hәftәdәn etibarәn cümә namazlarının qılına bilәcәyi bildirilib.

Kanadada koronavirus qurbanlarının sayı 6 min 658-ә, virusa yoluxanların sayı da 87 min 519-a yüksәlib.

Meksikada koronavirusdan hәyatını itirәnlәrin sayı 8 min 597-ә, yoluxanların sayı da 78 min 23-ә çatıb.

Braziliyada koronavirus qurbanlarının sayı 25 mini, infeksiyaya yoluxanların sayı da 400 mini keçib.



Әlaqәli Xәbәrlәr