Honkonqda nümayişçilər hakimiyyəti qınayan şüarlar səsləndiriblər

Honkonq polisi şəhər mərkəzində toplaşan nümayişçiləri dağıtmaq üçün bibər qazı tətbiq edib.

1424280
Honkonqda nümayişçilər hakimiyyəti qınayan şüarlar səsləndiriblər

Honkonqun işgüzar bölgəsində nahar fasiləsi zamanı küçəyə çıxan yüzlərlə ofis işçisi Çinin milli marşına ehtiram göstərilməsi və təhlükəsizliklə bağlı qəbul edilən qanunlara etiraz edərək hakimiyyəti qınayan şüarlar səsləndiriblər.

Honkonq polisi şəhər mərkəzində toplaşan nümayişçiləri dağıtmaq üçün bibər qazı tətbiq edib.

Tənqidçilər dövlət himninin qanun layihəsini şəhərdəki ifadə azadlığına zərbə hesab edirlər.
Digər tərəfdən, rəsmi Pekin isə qərarın vətənpərvərlik ruhunu və ölkənin sosialist əsas dəyərlərini inkişaf etdirəcəyinə inanır.
Qanun layihəsinə görə, "Könüllülərin yürüşü" adlanan dövlət himnini təhqir edənlərə 6 min 450 dollaradək cərimə tətbiq edilməsi nəzərdə tutulur.
Çin hökuməti 20 noyabr 2017-ci ildə ölkənin dövlət himnini təhqir edən şəxslərin 15 günlük həbs, 1 ildən 3 ilədək həbs cəzası və siyasi hüquqlardan məhrum edilməsini nəzərdə tutan qanun qəbul edib.
Honkonq və Makau Xüsusi İnzibati Zonalarında tətbiq edilməsi qərara alınan qanun keçmişdə Honkonqda keçirilmiş futbol matçlarında azarkeşlərin Çin dövlət himnini səsləndirdikdən sonra qüvvəyə miib.
"Könüllülərin yürüşü" adlana himn 1949-cu ildə dövlət himni kimi qəbul edilib.



Әlaqәli Xәbәrlәr