"Airbus 320" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı

Xatırladaq ki, mayın 22-də Pakistan Beynəlxalq Hava Yollarına məxsus “Airbus 320” tipli təyyarə Kəraçi aeroportuna eniş zamanı qəzaya uğrayaraq yaşayış binalarının üzərinə düşüb

1422424
"Airbus 320" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı

 

  Pakistan Beynəlxalq Hava Yollarına məxsus "Airbus 320" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb. Bu barədə "Doon" qəzetinə Sind əyalətinin səhiyyə sahəsindən bildirilib.

  Məlumata əsasən, qəza nəticəsində azı 2 nəfər sağ qalıb. Təyyarənin düşdüyü ərazidə 11 nəfər xəsarət alıb.

  Xatırladaq ki, mayın 22-də Pakistan Beynəlxalq Hava Yollarına məxsus “Airbus 320” tipli təyyarə Kəraçi aeroportuna eniş zamanı qəzaya uğrayaraq yaşayış binalarının üzərinə düşüb. Təyyarənin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub.



Әlaqәli Xәbәrlәr