ABŞ-da "F35" qırıcısı qəzaya uğrayıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Hava Qüvvələrinə məxsus "F-35A" tipli qırıcı təyyarə Florida ştatında qəzaya uğrayıb.

1420340
ABŞ-da "F35" qırıcısı qəzaya uğrayıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Hava Qüvvələrinə məxsus "F-35A" tipli qırıcı təyyarə Florida ştatında qəzaya uğrayıb.

Florida ştatındakı Eglin Hərbi Hava Qüvvələrindən verilən açıqlamada 58-ci donanmaya məxsus "F-35A" qırıcısının müntəzəm uçuş zamanı yerli vaxtla saat 21:30 radələrində eniş edərkən qəzaya uğradığı bildirilir. Təyyarə pilotunun oturacağının avtomat olaraq atılması üsulu ilə xilas olunduğu və qəza ilə bağlı istintaqa başlanıldığı bildirilib.

Ötən həftə eyni bazadan çıxan "F-22 Raptor" tipli qırıcı təyyarə də havaya qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb. ABŞ Hava Qüvvələrinin ən bahalı təyyarələrinin eyni qaydada qısa müddət ərzində qəzaya uğraması diqqət çəkib.



Әlaqәli Xәbәrlәr