Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı 318 mini keçib.

1419635
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

 

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı 318  mini keçib. Mәlumata görә, virusa yoluxanların ümumi sayı 4 milyon 860  mini, sağalanların sayı da 1 milyon 800  mini ötüb.

İndiyәdәk dörd nәfәrin epidemiya sәbәindәn hәyatını itirdiyi Şimali Kıbrıs Türk Cümhuriyyәtindә gün әrzindә virusa yoluxan olmayıb.Ölkәdә әn son aprelin 17-dә virusa yoluxma faktı qeydә alınmışdı. Restoran vә kafelәrin sabahdan etibarәn açılacağı bildirilir.

Azərbaycanda hazırkı dövrədək 3 min 387  nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkarlanıb, onlardan  2 min 15 nəfər müalicə olunaraq sağalıb, 40 nəfər vəfat edib.

Belarusda koronavirusdan hәyatını itirәnlәrin sayı 171-ә, infeksiyaya yoluxanların sayı isә  sutka әrzindә 922  artaraq  30 min 572-yә çatıb.

Virus sәbәbindәn 35 nәfәrin hәlak olduğu vә 6 min 440 nәfәrin epidemiyaya yoluxduğu Qazxıstanın Nur Sultan vә Petropavlovsk  şәhәrlәrindәki ticarәt mәrkәzlәri vә hamamların açılacağı bildirilir.

Özbәkistanda koronavirusdan hәyatını itirәnlәrin sayı 13-ә, virusa yoluxanların sayı da 2 min 779-a yüksәlib.

Tacikistanda koronavirusdan vәfat edәnlәrin  sayı 41-ә, virusa yoluxanların sayı da 1729-a çatıb.

Moldovada epidemiya qurbanlarının sayı 217-ә, infeksiyaya yoluxanların sayı isә 6 min 138-ә yüksәlib.

Hindistanda koronavirus qurbanlarının sayı 3 min 155-ә, virusa yoluxanların sayı da 100 min 340-a çatıb.

İsraildә koronavirusdan ölәnlәrin sayı 276-ya, infeksiyaya yoluxanların sayı da 16 min 643-ә çatıb.

Bәzi әrәb ölkәlәrindә isә vәziyyәt belәdir:

Әlcәzairdә koronavirusdan hәyatını itirәnlәrin sayı 555-ә, İraqda 127-yә, Livanda 26-ya vә İordaniyada 9-a çatıb.

İraq Kürd Regional Rәhbәrliyindә Ramazan Bayramında küçәyә çıxma qadağası tәtbiq olunacaq.

Cәnubi Sudanda koronavirusdan 4 nәfәr hәyatını itirib, daha 290 nәfәr virusa yoluxub. Mәlumata görә, ölkәnin vitse-prezidenti  vә hәyat yoldaşı yeni növ koronavirusa yoluxub.

Çindә epidemiyadan hәyatını itirәnlәrin sayı 4 min 634 nәfәrә yüksәlib.

Cәnubi Koreyada gün әrzindә infeksiyaya yoluxanların sayı 13-ә çatıb.



Әlaqәli Xәbәrlәr