Koronavirusdan sağalanların sayı kәskin şәkildә artıb

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı 316 mini keçib. Mәlumata görә, virusa yoluxanların ümumi sayı 4 milyon 815 mini, sağalanların sayı da 1 milyon 863 mini ötüb.

1419109
Koronavirusdan sağalanların sayı kәskin şәkildә artıb

Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı 316  mini keçib. Mәlumata görә, virusa yoluxanların ümumi sayı 4 milyon 815 mini, sağalanların sayı da 1 milyon 863 mini ötüb.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus qurbanlarının sayı 90 mini keçib. Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp Mәrakeş mәnşәli hәkim Moncef Slaouini  yeni növ koronavirusa qarşı yaradılan peyvәnd proqramının rәhbәri tәyin edib.

Koronavirusun Avropadakı mәrkәzi olan İngiltәrәdә isә epidemiya sәbәbindәn 34 min 636 nәfәr vәfat edib. Ölkәdә virusa yoluxanların ümumi sayı 243 min 303-ә yüksәlib.

İtaliyada epidemiya qurbanlarının sayı gün әrzindә 145 nәfәr artaraq 31 min 908-ә, infeksiyaya yoluxanların sayı da 70 min 187-ә enib. Bu arada ölkәnin Rieti şәhәrindә 104 yaşlı qadın koronavirusdan sağalıb. Ölkәdә bu gündәn etibarәn bәrbәrxanalar, dini mәkanlar, gözәllik salonları, restoranlar, barlar, kafelәr, muzeylәr, kitabxanalar açılır. Rәsmilәr xalqa gigiyena qaydalarına riayәt etmәlәri ilә әlaqәdar çağırış edir.

Fransada yeni növ koronavirusdan hәyatını itirәnlәrin sayı sutka әrzindә 483  artaraq 28 min 108-ә, infeksiyaya yoluxanların sayı da 216 min 30-a yüksәlib.

İspaniyada koronavirus qurbanlarının sayı 27 mini keçib.

Yunanıstanda ibadәt mәkanlarının açılacağı bildirilir.

Yani Zelandiyada koronavirusdan hәyatını itirәnlәrin sayı 21-ә, infeksiyaya yoluxanların sayı da 1499-a çatıb.

Avstraliyada koronavirusdan ölәnlәrin sayı 99-a yüksәlib.

Bәzi Avropa ölkәlәrindә isә vәziyyәt belәdir:

Braziliyada koronavirusdan vәfat edәnlәrin sayı 16 mini, Belçikada 9 mini, Almaniyada 8 mini, Kanadada 5 mini, Hollandiyada 5 mini, Meksikada 5 mini, 
İsveçdә 3 mini, Ekvadorda 2 mini, Peruda 2 mini, İsveçrәdә 1800-ü,İrlandiyada 1500-ü, Portuqaliyada 1200-ü vә Çilidә 400-ü keçib.



Әlaqәli Xәbәrlәr