Ruanda soyqırımının qatili tutuldu

Fransa beynəlxalq ictimaiyyətdə Ruanda soyqırımını törədən Hutu hökumətinin uzun müddət dəstəkçisi olduğuna görə tənqid edilirdi

1418565
Ruanda soyqırımının qatili tutuldu

 

  Ruanda soyqırımı zamanı yüz minlərlə insanın ölümünə görə məsuliyyət daşıyan, Beynəlxalq Cinayət Məhkəməsinin axtardığı cinayətkar Felisyen Kabuqa (Felicien Kabuga) Fransada tutuldu.

  1994-cü ildə Ruandada hutular ölkə prezidenti Habyarimananın təyyarəsinin düşməsində tutsiləri ittiham etdilər və onlara qarşı soyqırım əməliyyatına başladılar. 100 gün davam edən qırğında 800 mindən çox tutsi öldürüldü.

  Fransa beynəlxalq ictimaiyyətdə Ruanda soyqırımını törədən Hutu hökumətinin uzun müddət dəstəkçisi olduğuna görə tənqid edilirdi. Fransanın keçmiş prezidenti Fransua Mitterran (François Mitterrand) 1998-ci ildə “Le Figaro” qəzetinə verdiyi müsahibədə "O cür ölkələrdə bir soyqırımın olub-olması o qədər də vacib deyil" demişdi.

  Ruanda soyqırımı zamanı arxivlərə qoyulan "dövlət sirri" qadağası ləğv olunsa da, F.Mitterran ikinci bir qadağa gətirərək arxivlərin araşdırılmasını mümkünsüz etdi. Buna görə Fransa Konstitusiya Məhkəməsi 2017-ci ilin sentyabrında Ruanda soyqırımı üzərində çalışan bir tədqiqatçının soyqırım dövrünün prezident arxivlərinə daxil olmaq istəyini belə geri çevirmişdi.



Әlaqәli Xәbәrlәr