Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sürәtlә yayılmağa davam edir. Epidemiya nәticәsindә bu günәdәk hәyatını itirәnlәrin sayı 253 min 200-ü, infeksiyaya yoluxanların sayı isә 3 milyon 671 min 600-ü, sağalanların sayı da 1 milyon 211 min 178-i keçib.

1410718
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

 

 

Yeni növ koronavirus epidemiyası sürәtlә yayılmağa davam edir. Epidemiya nәticәsindә bu günәdәk hәyatını itirәnlәrin sayı 253 min 200-ü, infeksiyaya yoluxanların sayı isә 3 milyon 671 min 600-ü, sağalanların sayı da 1 milyon 211 min 178-i keçib.

Afrika qitәsindә koronavirusdan ümumilikdә 1807 nәfәr hәyatını itirib. Qitәdә iki mindәn çox yeni yoluxma halı qeydә alınıb.

Әlcәzairdә koronavirus qurbanlarının sayı 465-ә, Misirdә 436-a, Mәrakeşdә 180-ә, Birlәşmiş Әrәb Әmirliklәrindә 146-ya, Cәnubi Afrikada 138-ә, Nigeriyada 87-ә, Kamerunda 64-ә, Burkina Fasoda 46-a vә  Tunisdә 43-ә yüksәlib. 

Qüds vә İordan çayının qәrb sahilindә daha 10 nәfәr yeni növ koronavirusa yoluxub. Belәliklә Qüdsdә virusa yoluxanların ümumi sayı 170-ә, İordan çayının qәrb sahilindә isә 362-ә çatıb.

Fәlәstin dövlәt başçısı Mahmud Abbas koronavirusla mübarizә çәrçivәsindә fövqәladә vәziyyәt rejiminin müddәtini bir ay da uzadıb.Qәzzadakı Sәhiyyә Nazirliyi epidemiya ilә mübarizә çәrçivәsindә tibbi lәvazimata ehtiyac olduğunu qçıqlayıb.

Rusiyada gün әrzindә hәyatını itirәnlәrin sayı 95 artaraq 1451-ә, infeksiyaya yoluxanların sayı 10 min 102 nәfәrә çatıb.

Hindistanda yeni növ koronavirus qurbanlarının sayı 1571-ә, infeksiyaya yoluxanların sayı da 46 mini keçib.

Liviya Milli Hәmrәylik Hökumәtinin nәqliyyat nazirinin müavini Hişam Buşkivat beş gün әrzindә Türkiyәdәki Liviya vәtәndaşlarının daha sonra isә Tunis vә Misirdәki vәtәndaşların tәxliyә edilәcәyini qeyd edib.

Bәzi Şәrq ölkәlәrindә isә vәziyyәt belәdir:

İranda koronavirusdan hәyatını itirәnlәrin sayı 6 min 340-a, Hindistanda 1571-ә, Rusiyada 1356-a, İndoneziyada 872-ә, Fillipindә 637-yә Yaponiyada 570-ә, Pakistanda 486-ya, Ukraynada 316-a, Cәnubi Koreyada 254-ә, İsraildә 235-ә, Sәudiyyә Әrәbistanında 191-ә, Banqladeşdә 182-ә, Belarusda 103-ә, Sinqapurda 18-ә vә Qәtәrdә 12-yә, Malayziyada 106-ya çatıb.



Әlaqәli Xәbәrlәr