Terror tәşkilatı YPG/PKK vә Bәşәr Әsәd rejimi arasında qarşıdurma olub
Suriyanın şimal-şәrqindәki Kamışlı qәsәbәsindә Bәşәr Әsәd rejiminә sadiq qüvvәlәr ilә YPG/PKK terrorçuları arasında qarşıdırma olub.
Suriyanın şimal-şәrqindәki Kamışlı qәsәbәsindә Bәşәr Әsәd rejiminә sadiq qüvvәlәr ilә YPG/PKK terrorçuları arasında qarşıdırma olub.
Yerli mәnbәlәrin mәlumatına әsasәn, Haseke şәhәrinin Kamışlı qәsәbәsindә öz mövcudluğunu davam etdirәn rejim qüvvәlәri ilә YPG/PKK terrorçuları arasında toqquşma yaşanıb.
Qarşıdırma zamanı ölәn vә ya xәsarәt alanın olmadığı bildirilib.
Rusiyanın YPG/PKK terrorçularının olduğu bölgәlәrdәki hәrbi mövcudluğunu artırması sәbәbindәn rejim ilә YPG/PKK arasında yaşanan gәrginlik diqqәt çәkir
Bәşәr Әsәdә sadiq qüvvәlәr aprelin 4-dә YPG/PKK-ya mәxsus bir avtomobilә atәş açmışdı, nәticәdә bir terrorçu ölmüşdü, bir terrorçu da yaralanmışdı.
Qeyd edәk ki, terror tәşkilatı YPG/PKK vә Bәşәr Әsәd rejimi Haseke şәkәrini birlikdә idarә edir.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb