Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus səbəbindən indiyədək həyatını itirənlərin sayı 165 min 902, yoluxanların sayı isə 2 milyon 421 mini, sağalanların sayı isə 635 min 700-ü keçib.

1401313
Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus səbəbindən indiyədək həyatını itirənlərin sayı 165 min 902, yoluxanların sayı isə 2 milyon 421 mini, sağalanların sayı isə 635 min 700-ü keçib.
Epidemiyanın mərkəzi olan ABŞ-da ölənlərin sayı 40 min 585, daşıyıcıların sayı 742 min 442-ə yüksəlib. Ən çox ölüm faktlarının qeydə alındığı Nyu-Yorkda bələdiyyə başçısı Bill de Blasio prezident Donald Trampı "Covid-19" epidemiyasına qarşı mübarizədə şəhəri tək buraxmaqda günahlandıraraq, "Dilinizi udmusunuz? Nyu-Yorku xilas edəcəksiniz ya da Nyu-York üçün qobun ölsünmü deyirsən?" deyib. Digər tərəfdən, Kolorado Montano, Arizona da daxil olmaqla aralarında Tramp tərəfdarlarının olduğu ştatlarda etiraz aksiyaları keçirildi. 
Diqqətə çatdırılıb ki, etiraz aksiyalarında iştirak edənlərin əksəriyyəti "evdə qalmaq" təlimatına baxmayaraq, maska taxmayıblar və sosial məsafə qaydalarına əməl etməyiblər.

İspaniyada son 24 saatda həyatını itirənlərin sayı 399 artaraq 20 min 852 olub, 20 min 852 insan isə virusa yoluxub.
İtaliyada "Covid-19"dan həyatını itirənlərin sayı son 24 saatda 433 artaraq 23 min 660-a çatıb, virusa yoluxanların sayı 108 mini keçib.
Fransada "Covid-19"dan həyatını itirənlərin sayı son 24 saatda 395 artaraq 19 min 718-ə, yoluxanların sayı isə 7 min 701 artaraq 175 min 942-ə yüksəlib.
Digər tərəfdən, paytaxt Paris bələdiyyəsinin verdiyi açıqlamada şəhərdəki küçələri təmizləmək üçün istifadə edilən sudan götürülmüş nümunələrdə "Covid-19" virusunun aşkarlandığı bildirilib. Suyun istifadəsi dayandırılıb.
Baş nazir Eduard Philipp səhiyyə naziri Olivier Veran ilə mətbuat konfransında "Epidemiyadan sonra gündəlik həyata qayıtmaq üçün uzun müddət gözləməli olacağıq" deyib.

5 min 828 nəfərin öldüyü Belçikada virusa yoluxanların sayı son 24 saatda  min 478 artaraq 39 min 983-ə çatıb. Pasxa tətili bitdikdən sonra Belçikadakı təcrid prosesinin davam etməsi səbəbiylə tələbələr distant təhsilinə qayıdıblar.

Almaniyada koronavirusdan həlak olanların sayı 4 min 586-ya, yoluxanların sayı isə 145 min 185-ə çıxıb. Ölkədə son olaraq 8 Türk həyatını itirib. "Covid-19"dan ölən Türklərin sayı 87-yə yüksəlib.

Hollandiyada "Covid-19" epidemiyasında ölənləerin sayı 3 min 751-ə, yoluxma sayı 33 min 405-ə çıxıb.
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) baş nazir müavini və xarici işlər naziri Kudret Özersay "Covid-19" səbəbiylə İngiltərədə yaşayan 80 Kıbrıs Türkünün öldüyünü bildirib.
Latın Amerikası bölgəsində "Covid-19" epidemiyasına yoluxanların sayı 100 mini keçib.
Virusun səbəb olduğu ilk ölüm faktının qeydə alındığı Braziliya 2 min 462 ölüm və 38 min 654 yoluxma ilə bölgədə "Covid-19"dan ən çox təsirlənən ölkə" olaraq önə çıxır.
Bölgə ölkələrində "Covid-19" səbəbiylə ölənlərin və yoluxanların sayı belədir:
"Ekvador 474/9 min 468, Çili 133/10 min 88, Peru 400/15 min 628, Kolumbiya 179/3 min 792, Argentina 132/2 min 839, Uruqvay 10/517, Boliviya 32/520, Venesuela 9/256 , Paraqvay 8/206, Meksika 650/7 min 497, Panama 120/4 min 273, Dominik Respublikası 226/4 min 680, Kuba 34/1035, Kosta Rika 5/660, Honduras 46/472, Qvatemala 7/257, El Salvador 7/201, Haiti 3/47 və Nikaraqua 2/10".



Әlaqәli Xәbәrlәr