Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus səbəbindən indiyədək həyatını itirənlərin sayı 165 min 902, yoluxanların sayı isə 2 milyon 421 mini, sağalanların sayı isə 635 min 700-ü keçib.

1401318
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus səbəbindən indiyədək həyatını itirənlərin sayı 165 min 902, yoluxanların sayı isə 2 milyon 421 mini, sağalanların sayı isə 635 min 700-ü keçib.

Koronavirus səbəbiylə 405 nəfərin öldüyü və yoluxma  sayının 47 min 121-ə yüksəldiyi Rusiyada prezident Vladimir Putin epidemiyanın xüsusilə paytaxt Moskvada hələ də davam etdiyini və pik həddə çatmadığını bildirib. 
Putin epidemiyada plato adlanan keçid prosesini qısaltmaq üçün lazım olan hər şeyin yerinə yetirilməsini istəyib.

İranda "Covid-19" virusundan həyatını itirən insan sayı son 24 saatda 91 artaraq 5 min
52 nəfərin öldüyü Cənubi Afrika Cümhuriyyətində, komendant saatı tətbiq olunan Yohannesburqda gündəlik həyat dayanma nöqtəsinə çatıb. Nisbəkən boşalan  küçələrdə ac qalan evsizlər maşınları saxlayaraq və mənzillərin zənglərini çalaraq yemək istəməyə başlayıblar.

İraq yeni növ koronavirus səbəbiylə 17 mart tarixindən etibarən ticarət və iş yerlərində tətbiq etdiyi məhdudiyyətləri yüngülləşdirdiyini açıqlayıb. 
Komendant saatı olmayan vaxtlarda sağlamlıq qaydalarına riayət etmək şərti ilə iş yerləri, fabriklər və emalatxanaların açılmasına icazə verilib. 
Ramazan ayında tətbiq ediləcək komendant saatı rejimi də yumşaldılıb.  Yerli vaxtla 19: 00-dan 6: 00-a qədər komendant saatı tətbiq ediləcək. 
Qeyd edək ki, ölkədə koronavirusdan 82 nəfər ölüb, yoluxanların sayı min 539-a çatıb.

İsraildə koronavirusa yoluxanların sayı son tutka ərzində 129 nəfər artaraq 13491-ə çatıb.  Ölənlərin sayı isə 1 nəfər artaraq 172-yə yüksəlib.

Qazaxıstanda koronavirusa yoluxanların ümumi sayı 1711 nəfərdir. Ölkədə koronavirusdan ölənlərin sayı 19-a çatıb. 

7 nəfərin öldüyü və 295 insanın virusa yoluxduğu Şri Lankada, 20 mart tarixindən etibarən 24 saat davam edən komendant saatı rejiminə "Covid-19" tədbirləri çərçivəsində qısmi son qoyulub.
Küçəyə çıxma qadağası 22 aprelə qədər paytaxt Kolombo və bəzi bölgələrdə davam edəcək. İctimai təşkilatlar, şirkətlər və banklar açıq olacaq. 
Küçəyə çıxılması ilə bağlı qadağan qərarı ölkə miqyasında yerli vaxtla saat 20: 00-dan 05: 00-dək davam edəcək.

1119 nəfərin öldüyü Afrika qitəsində son 24 saat ərzində təxminən 1200 yeni yoluxma faktı aşkarlanıb, virusa yoluxanların sayı 22 min 275, sağalanların sayı 5 min 489-a yüksəlib.

Pakistanda son 24 saat ərzində virus səbəbindən 17 nəfər ölüb, bununla da  ölkədə ölənlərin sayı 176-ya çıxıb. Virusa yoluxan insan sayı isə 425 artaraq 8 min 418 olub.
Pakistandakı xəstəxanalardan ümumilikdə 970 koronavirus xəstəsi isə evə buraxılıb.
Cəmi 559 nəfərin öldüyü Hindistanda bir gündə min 553 yoluxma faktı qeydə alınıb. Yoluxanların ümumi sayı 17 min 615-ə yüksəlib. Epidemiyanın yayılmasının qarşısını almaq üçün martın 24-dən etibarən ölkə daxilində tətbiq edilən komendant saatı qismən qaldırılıb.  
Mayın 3-dən komendant saatlarının sona çatacağı gözlənilən ölkədə bəzi sənaye və kənd təsərrüfatı fəaliyyətlərinə, yoluxma faktlarının az olduğu bölgələrdə icazə veriləcək. Digər tərəfdən, ölkədəki bəzi xəstəxanaların da müsəlmanlara qarşı islamofobik bir münasibət göstərdikləri bildirilir.

7 nəfərin öldüyü və yoluxanların sayının  min 915 olduğu Küveytdə insanlar məhəbbətlərini daha yaxşı ifadə etmək üçün burunlarına toxunaraq bir-birlərini salamlayırdılar, ancaq koronavirusla uzaqdan bir baş salamı ilə kifayətlənirlər.



Әlaqәli Xәbәrlәr