Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Epidemiya səbəbindən indiyədək həlak olanların sayı  144 mini, yoluxanların sayı isə 2 milyon 146 mini keçib. Mәlumatda bildirilib ki, müalicә olunan xәstәlәrin sayı 545 min olub.

1399764
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həlak olanların sayı  146 mini, yoluxanların sayı isə 2 milyon 184 mini keçib. Mәlumatda bildirilib ki, müalicә olunan xәstәlәrin sayı 553 min olub. 

Çinin Uhan şəhərində baş qaldıran yeni növ koronavirus  (Covid-19) səbəbiylə ölənlərin sayı 3 min 869-a yüksəlib.

İranda epidemiyadan ölənlərin sayı son 24 saatda 89 artaraq 4 min 958-ə çıxıb.

Qüds İslami Vəqflər Şurası (Covid-19) səbəbiylə Ramazan ayında Əl-Əqsa məscidinin ibadətə açılmayacağını açıqlayıb.
Qeyd edək ki,  Əl-Əqsa məscidi "Covid-19" pandemiyası  səbəbiylə martın 22-də Qüds İslam Vəqfləri İdarəsi tərəfindən ibadətə tamamilə bağlandı.

İsraildə "Covid-19"dan ölənlərin sayı 148-ə, yoluxanların sayı isə 12 min 855-ə yüksəlib.
17 nəfərin həyatını itirdiyi Qazaxıstanda daha 21 nəfərin virusa yoluxması nəticəsində dayışıcıların  sayı min 362 minə çatıb.
2-si tibb işçisi 53 nəfərin öldüyü Moldovada daha 105 nəfərdə  virus aşkarlanıb.
Belarusda virusdan 40 nəfər ölüb, yoluxanların sayı isə 4 min 204-dür. "Covid-19" virusu aşkarlanan 3 qadının körpələrində virus aşkarlanmayıb.
Koronavirus səbəbiylə 11 nəfərin öldüyü Keniyada komendant saat rejimini pozan 12 mülki şəxs polis işçiləri tərəfindən öldürülüb.

"Covid-19" virusundan 362 insanın həyatını itirdiyi və yoluxanların sayının 5 min 660'-a yüksəldiyi Filippində prezident Rodrigo Duterte epidemiyanın artmasına səbəb olan karantin pozuntularının artması qarşısında bir ay müddətinə ölkənin şimal hissəsində sərt tədbirlərin görülməsi barədə xəbərdarlıq edib.
Afrika qitəsində ümumilikdə bu günə qədər virusdan 962 nəfər ölüb, yoluxma faktlarının sayı 18 min 333 artıb. BMT Afrika İqtisadi Komissiyası (UNECA) Afrikada kifayət qədər tədbir görülməyəcəyi təqdirdə "Covid-19" səbəbiylə ən az 300 min ilə 3,3 milyon insanın ölməsinə səbəb ola bilcəyini açıqlayıb. 



Әlaqәli Xәbәrlәr