Dünya üzrə koronavirusundan həyat itkisi və yoluxma sayı

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir.

1396220
Dünya üzrə koronavirusundan həyat itkisi və yoluxma sayı

Yeni növ koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həlak olanların sayı  100  mini, yoluxanların sayı isə 1 milyonu keçib. Mәlumatda bildirilib ki, müalicә olunana xәstәlәrin sayı 400 minә çatıb.

İtaliyada koronavirusa yoluxanların sayı 100 mini ötərək 100 min 269-a yüksəlib.Son 24 saat ərzində 619 ölüm halı qeydə alınıb. Ölənlərin sayı 19 468-ə çatıb. Milan şәhәrindә vә әtrafında yerlәşәn qocalar evlәrindә koronavirus sәbәbindәn hәyatını itirәnlәrin ailәlәrinin şikayәtlәri istiqamәtindә araşdırma aparılır.

Fransada son 24 saat ərzində koronavirusdan ölənlərin sayı 643 nәfәr artaraq 13 832-yə yüksəlib. Bu barədə ölkənin Səhiyyə Nazirliyindәn verilәn mәlumatda qeyd olunub. Mәlumatda sutka әrzindә virusa yoluxanların sayının  3 min 114 nәfәr artaraq 93 mini keçdiyi bildirilib. Digәr tәrәfdәn Fransa әmәk naziri Muriel Penicaud şәxsi internet sәhifәsindәn verdiyi açıqlamada bildirib ki, virus sәbәbindәn işsiz qalanların sayı 8 milyona çatıb.Mәlumata görә, ölkәdә işdәn çıxarılan vәtәndaşların aldığı maaşın 70%-i dövlәt tәrәfindәn ödәnәcәk.

İngiltәrәdә yeni növ koronavirusdan ölәnlәrin sayı sutka әrzindә 917 nәfәr artaraq 9 min 875-ә çatıb.Ölkәdә infeksiyaya yoluxanların sayı isә 5 min 234 nәfәr artaraq 78 min 991-ә yüksәlib. İngiltәrәdә elan edilәn karantin müddәtinin uzadılması nәzәrdә tutulur. Xalqın ‘‘evdә qal’’ çağırışlarına riayәt etmәdiyi bildirilir.

İspaniyada 16 min 972, Belçikada 3 min 346, Hollandiyada  2 min 643, İsviçrәdә 1003, İsveçdә  887, Portuqaliyada  470, Avstriyada 337, Danimarkada 260, Polşada 195 vә Çexiyada 123 nәfәr yeni növ koronavirusdan hәyatını itirib.

Balkan ölkәlәrindәn olan Bosniya vә Herseqovinada  son 24 saatda 37, Rumıniyada 282, Sebiyada 71, Bolğarıstanda 26, Şimali Makedoniyada 34 nәfәr yeni növ koronavirusdan  hәyatını itirib. Xorvatiyada isә sutka әrzindә ölәnin olmadığı bildirilib.

Amerika Birlәşmiş Ştatlarında yeni nön koronavirusdan sutka әrzindә ölәnlәrin sayı 2 min 91 nәfәr artaraq 20 min 577-ә yüksәlib. Ölkәdә infeksiyaya yoluxanların sayı isә yarım milyonu keçib.

Avstraliyada 3 nәfәrin dә koronavirusdan ölmәsi ilә hәyatını itirәnlәrin sayı 59-a yüksәlib.

Yeni Zelandiyada infeksiyaya yoluxanların ümumi sayı 1330 nәfәrә çatıb.



Әlaqәli Xәbәrlәr