Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus səbəbindən indiyədək həlak olanların sayı 94 mini, yoluxanların sayı isə 1,6 milyon olub.

1395026
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus səbəbindən indiyədək həlak olanların sayı 94 mini, yoluxanların sayı isə 1,6 milyonu keçib.

Son 24 saatda virus səbəbiylə bir insanın öldüyü Çində virus səbəbiylə ölənlərin sayı 3 min 336-ya, xəstəliyə tutulanların sayı 81 min 907-ə yüksəlib. Virusun yoluxduğu 77 min 455 xəstə isə sağalıb.

İranda son 24 saat ərzində yeni növ koronavirus səbəbindən ölənlərin sayı 122 nəfər artaraq 4 min 232, virusa yoluxanların sayı isə 68 min 192--yə çıxıb. Müalicə alan xəstələrin 3 min 969-nun vəziyyətinin kritik olduğu bildirilib.

Banqladeşdə "Covid-19" səbəbiylə 21 nəfər həlak olub, virusa yoluxanların sayı isə 112 artaraq 330-a çıxıb. 
Virus səbəbiylə 94 adamın öldüyü Rusiyada yoluxanların sayı 786 min artaraq 11 min 917-ə yüksəlib.
Qazaxıstandakı epidemiya səbəbiylə aprelin 15-dək qüvvədə olduğu bildirilən fövqəladə vəziyyət rejimi ayın sonuna qədər uzadılıb. 
Ölkədə koronavirus səbəbiylə ölənlərin sayının 9, yoluxanların sayının 802-ə yüksəldiyi bildirilib.
Avrasiya ölkələrində də yoluxma faktlarının sayı artır. Bəzi ölkələrdə ölənlərin və yoluxma halların sayı belədir: "Ukraynada 69/2 min 203, Qırğızıstanda 5/298, Özbəkistanda 3/624, Gürcüstanda 3/230, Ermənistanda 11/937".
İnfeksiyadan İsraildə ölənlərin sayı 92-yə, yoluxanların sayı 10 min 95-ə yüksəlib. Ölkədə mindən çox insan sağalıb.

Afrika qitəsində görülən yeni növ koronavirus səbəbindən ölü sayı 600-ü keçib, virusa yoluxanların sayı isə 12 minə çatıb.

Virus Əlcəzairdə 235, Misirdə 103 , Mərakeşdə 105, Livanda 20, İordaniyada 7, Tunisdə 25, Omanda 3 nəfərin həyatına son qoyub.
Koronavirus epidemiyası aşkarlandığı ilə bağlı rəsmi açıqlama verilməyən Yəməndə İran tərəfindən dəstəklənən Husilər epidemiya səbəbiylə tutulan  min 670 adamın buraxıldığını bildirib. Yəmən hökuməti ölkədə ilk koronavirus faktının aşkarlandığını açıqlayıb.
Koronavirusun yayılmasının qarşısının alınması çərçivəsində yoluxma faktının qeydə alındığı Hadramevtda komendant saatı elan edilib.

İraqda virusdan 69 xəstə ölüb, virusun yoluxduğu insan sayı isə min 202-yə yüksəlib. Ölkədə Müdafiə Nazirliyi ordudakı yüksək rütbəli komandirlərdən yeni növ koronavirusdan ölüm hallarının baş verdiyini açıqlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirusun diaqnozu üçün istifadə olunan test materiallarından Fələstinə göndərəcəyini açıqlayıb. 
Fələstində 263 koronavirus faktının olduğu, bunlardan 13-nün Qəzzada olduğu açıqlanıb. Avropa İttifaqı yeni növ koronavirusla mübarizə üçün Fələstinə 71 milyon avro maliyyə yardım paketi ayırdığını açıqlayıb.

Malayziya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün ötən ay elan etdiyi qısmi komendant saatını aprelin 28-dək uzadıb. Ölkədə ölənlərin sayı 68-yə, epidemiyaya yoluxanların sayı isə 4 min 346-ya yüksəlib.
İndoneziyada virus səbəbindən ölənlərin sayı 306, yoluxanların sayı 3 min 512-ə çıxıb.



Әlaqәli Xәbәrlәr