“Covid-19”la əlaqədar panqolin və yarasa istehlakı və satışı qadağan edildi

Qabon meşə və su təsərrüfatı naziri Li Uayt deyib...

1392542
“Covid-19”la əlaqədar panqolin və yarasa istehlakı və satışı qadağan edildi

 

  Afrika ölkəsi Qabonda “Covid-19”la əlaqədar panqolin və yarasa istehlakı və satışı qadağan edildi.

  Qabon meşə və su təsərrüfatı naziri Li Uayt yeni tip korona virusunun (Covid-19) yayılmasına səbəb olduğu söylənilən panqolin və yarasa növlərinin satışını və istehlakının ölkədə yasaqlandığını açıqlayıb, qadağaya tabe olmayanların cəzalanacağını deyib.

  Qabonda virusun heyvanlara keçməsinin qarşısını almaq üçün təbii parklar da bağlanıb və park işçilərinə karantin qoyulub.

  Qeyd edək ki, Afrika meşələrinin 88 faizinə sahib olan Qabonda vəhşi heyvan ovu və ətinin istehlakı çoxluq təşkil edir.



Әlaqәli Xәbәrlәr