Hafterә sadiq qüvvәlәr atәşkәs rejimini 180 dәfә pozub

Liviyadakı qeyri-qanuni qüvvәlәrin lideri Xәlifә Hafterә sadiq qüvvәlәr martın 21-dә elan edilәn atәşkәs rejimini 180 dәfә pozub

1391386
Hafterә sadiq qüvvәlәr atәşkәs rejimini 180 dәfә pozub

 

Liviyadakı qeyri-qanuni qüvvәlәrin lideri Xәlifә Hafterә sadiq qüvvәlәr martın 21-dә elan edilәn atәşkәs rejimini 180 dәfә pozub.

Bu barәdә beynәlxalq sәviyyәdә legitimliyi olan Liviya Milli Hәmrәylik Hökumәtinin hәrbi birliklәrinin mәtbuat katibi Mәhәmmәd Kununu mәlumat verib.

O, hәrbi hava qüvvәlәrinin hәmin hücumlara 6 gün әrzindә 35 hava hücumu ilә cavab verdiyini deyib. Hava hücumları nәticәsindә  Hafterә sadiq qüvvәlәrin paytaxt Tripolinin cәnubundakı, qәrbindәki vә şәrqindәki öbyektlәrinin vurulduğu bildirilib.  

Hafterin paytaxtı әhatә edәn bölgәlәrdәki obyektlәrinә edilәn dәstәyin dә dayandırılması mәqsәdi ilә әmәliyyatların keçirildiyini deyәn Kununu Cefra, Beni Velid vә Terhune bölgәlәrindәki silahlılara mәxsus zirәhli texnika ilә yanaşı, xarici muzdku әsgәrlәrin dә hәdәf alındığını ifadә edib.

Kununu son altı ay әrzindә Tripoliyә 700 hava hücumunun tәşkil edildiyini deyib.

Liviya Milli Hәmrәylik Hökumәtinә tabe olan daxili işlәr naziri Fethi Başağa isә Tripoliyә edilәn hücumların ildönumu münasibәtilә verdiyi yazılı açıqlamada bu ifadәlәrә yer verib: ‘‘Biz hәmişәkindәn daha güclüyük. Hafterә sadiq qüvvәlәrә dәmir yumruqla vurmağa davam edәcәyik’’.



Әlaqәli Xәbәrlәr