Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub

Bu barədə Kremldən verilə yazılı açıqlamada bildirilib.

1387978
Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub

 

Rusiya prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Bu barədə Kremldən verilən yazılı açıqlamada bildirilib.

Məlumata görə, liderlər yeni növ koronavirus epidemiyasını və qlobal neft bazarlarındakı son vəziyyəti müzakirə ediblər.

Açıqlamada bu ifadələrə yer verilib: ''Vladimir Putin ilə Donald Tramp söhbət zamanı yeni növ koronavirus (Covid-19) epidemiyası ilə bağlı narahatlıqlarını ifadə ediblər və epidemiyaya qarşı ABŞ-la Rusiyada görülən tədbirlərlə bağlı bir-birlərini məlumatlandırıblar''.

Liderlər həmçinin qlobal neft bazarlarındakı son prosesləri  müzakirə ediblər və bu mövzu ilə bağlı danışıqların davam etdirilməsi məsələsində razılıq əldə ediblər.



Әlaqәli Xәbәrlәr