Koronavirusla bağlı Qərbin vəziyyəti

Koronavirusdan (Covid-19) dünya üzrə həyat itkisi 34, yoluxma sayı 723 mini keçib.

1387249
Koronavirusla bağlı Qərbin vəziyyəti

Koronavirusdan (Covid-19) dünya üzrə həyat itkisi 34, yoluxma sayı 723 mini keçib.
 İtaliyada "Covid-19"dan ölənlərin sayı son 24 saat ərzində 756 artaraq 10 min 779 nəfər, epidemiyaya yoluxanların sayı isə 97 min 689 nəfər olub. Digər tərəfdən Genoa şəhərində koronavirusdan sağalan 102 yaşlı İtalika Grondona ümidin rəmzinə çevrildi.
Fransada son bir gündə 292 nəfər yeni növ koronavirusdan ölüb, ölənlərin sayı ümumilikdə 2 min 600-ü keçib. Bütövlükdə yeddi mindən çox şəxs müalicə olunaraq sağalıb. Fransada virusa yoluxma hallarının ümumi sayı demək olar ki, 40 200 nəfərdir. Hazırda ölkədə 19 mindən çox virus daşıyıcısı xəstəxanadadır.
Bununla yanaşı fevral ayında Mulhouse şəhərindəki kilsələrdən birində keçirilən mərasimlərdə iştirak edən min insanda koronavirus aşkarlanıb. Bu insanların virusu müxtəlif şəhərlərə apardıqları və mərasimdə iştirak edən bir tibb bacısının virusu 250 səhiyyə işçisinə yoluxdurduğu bildirilib. Mətbuat ayinlər zamanı (18 fevral) prezident Emmanuel Makronun da Mulhouse şəhərinə baş çəkdiyini yazıb.
Almaniyada yoluxucu xəstəliklər sahəsində işləyən Robert Koch İnstitutunun müdiri Lothar Vayler "Xəstəxanaları mümkün qədər yaxşı hazırlamalıyıq. Reanimasiya yataq tutumu ən azı iki qat artırılmalıdır"  ifadəsini işlədib.
İnsan itkisinin 209 nəfər artaraq min 228, virusa yoluxanların sayının isə 17 min 89 nəfərə çatdığı İngiltərədə Milli Sağlamlıq direktorunun müavini Dr. Jenny Harry xüsusilə yaxın 2 həftədə ölümlərin artacağını və tədbirlər davam edəcəyi təqdirdə yoluxma hallarının azalmağa daha sonra başlaya biləcəyi barədə xəbərdarlıq edib.
ABŞ-da ölənlərin sayı 2 min 509, daşıyıcıların sayı isə 143 min 25 nəfərə çıxıb. 

Sadəcə Nyu-Yorkda bir gündə 7 min 195 nəfərin virusa yoluxması ilə xəstələrin sayı 60 min olub. Ölkə daxilində xidmət göstərən təhlükəsizlik qüvvələrinin də epidemiyadan ciddi şəkildə təsirləndiyi bildirilib.  Bu günə qədər 690 polisə "Covid-19" diaqnozu qoyulub. Xəstəxanaya yerləşdirilən polis işçilərindən ikisi ölüb. ABŞ polis təşkilatı, şerif və yanğınsöndürənlər birliyi prezident Donald Trampa ortaq məktub ünvanlarayaq kifayət qədər qoruyucu vadanlıqla təmin olunmaları üçüh Koreya müharibəsi dövründə tətbiq olunan Müdafiə istehsalı Qanunundan işə salınmasını  istifadə etməsini istəyiblər.
18 nəfərin öldüyü Avstraliyada koranavirusa yoluxanların sayı 4 min 203 nəfərə çatıb. 


Etiketlәr: #Covid-19 , #Koronavirus

Әlaqәli Xәbәrlәr