Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

Dünyada yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı artmaqda davam edir.

1384418
Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

Dünyada yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı artmaqda davam edir.

İranda yeni növ koronavirus epidemiyası səbəbindən həlak olanların sayı iki min  nəfərə çatıb. Məlumata görə, həlak olanlar arasında 6 yaşlı bir uşaq və Polis idarəsinin rəisi də var.

İraqda yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən ölənlərin sayı 27-ə yüksəlib. Ölkədə indiyədək virusa yoluxanların sayı  316-ya, müalicə olunanların sayı isə 75-ə çatıb.

Qəzza zolağındakı  Vəqflər və Dini İşlər Nazirliyi  yeni növ koronavirusa (Covid-19) qarşı mübarizə çərçivəsində bölgədəki bütün məscidləri bu gündən etibarən bağlamaq ilə bağlı qərar qəbul edib.

Səhiyyə Nazirliyinin sözçüsü Esref əl-Kudra  İsrailin 13 ildən çoxdur tətbiq etdiyi mühasirə səbəbindən  zəruri dərmanların 39 faizi, tibbi avadanlıqların 23 faizi və qan ehtiyatlarının 60 faizinin çatışmazlığı, eyni zamanda laboratoriyalarda məhdud təchizatın olduğunu söyləyib. Esref əl-Kudra İsrailin fələstinlilərin həyatı üçün məsuliyyət daşıdığını vurğulayıb.

Kudra  Birləşmiş Millətlər Təşkilatının bütün əlaqədar  qurumlarına Qəzzadakı blokadanın aradan qaldırılması ilə yanaşı, bölgəyə  dərman, tibbi ləvazimat, koronavirusla mübarizə üçün lazımi avadanlıqların çatdırılması ilə əlaqədar çağırış edib.

İsraildə  yeni növ koronavirusa yoluxanların sayının  2 mini ötdüyü, həlak olanların sayının isə 5 nəfərə çatdığı bildirilib.


NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasının 4 hərbçisində də yeni növ koronavirus aşkar edilib. Onların İtaliya vətəndaşı olduqları bildirilib.


Virus nəticəsində ölənlərin sayını 19, yoluxanların sayını isə 402 olaraq açıqlayan Misir rəhbərliyi yerli vaxtla 19: 00-dan 06: 00-a qədər qismən komendant saatı elan ediləcəyini bildirib.

Liviyadakı Milli Xəstəliklərlə Mübarizə Mərkəzinin rəsmi  Facebook səhifəsində verilən açıqlamada 1 nəfərin Covid-19-a yoluxduğu bildirilib.

Mərakeşdə yeni növ koronavirus səbəbindən həlak olanların sayı 5-ə, yoluxanların sayı isə  170-ə çatıb.

Hindistanda Covid-19 epidemiyasının  yayılmasının qarşısını almaq məqsədilə insanların 21 gün ərzində evlərindən çıxmaları qadağan edilib.

Nigeriya epidemiya ilə mübarizə çərçivəsində bütün sərhədlərini 4 həftə bağladı.

Dünən yerli vaxtla saat 21: 00-dan 05: 00-dək Kot-d' İvuarda evdən  çıxmaq qadağan edildi.

Birləşmiş Ərəb Əmirliklərində  daha 50 nəfərdə virus aşkarlanıb və bununla da ölkədə  virusa yoluxanların ümumi sayı 248-ə çatıb.Virusa yoluxan 45 nəfərin sağaldığı bildirilib.
Qətərdə isə virusa yoluxanların sayı 526-ya çatıb. İordaniya Səhiyyə Nazirliyi  ölkədə daha 26 insanın virusa yoluxduğunu və epidemiyaya yoluxanların  ümumi sayının 153-ə yüksəldiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr