"Kütləvi bir epidemiya ilə qarşı-qarşıyayıq", M.Harris

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Margaret Harris yeni növ koronavirus epidemiyasının mərkəzinin ABŞ ola biləcəyini söyləyib.

1384407
"Kütləvi bir epidemiya ilə qarşı-qarşıyayıq", M.Harris

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Margaret Harris yeni növ koronavirus epidemiyasının mərkəzinin ABŞ ola biləcəyini söyləyib.
Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Harris son 24 saat ərzində Avropa və ABŞ-dan bildirilən yeni növ koronavirus hadisələrinin sayının dünya miqyasında görülən hadisələrin 85 faizini təşkil etdiyini və ABŞ-ın epidemiyanın yeni mərkəzinə çevrilə biləcəyini bildirib.
Harris BMT-nin Cenevrə ofisində video konfrans vasitəsilə keçirilən mətbuat kofransında bildirib ki, Covid-19 epidemiyası səbəbiylə dünyasını dəyişənlərin sayı əhəmiyyətli dərəcədə artacaq. Epidemiya sürətlə yayılmağa davam edir.  Qərbi Afrikada yaşadığımız ən pis Ebola epidemiyasında 11 min insanın ölümü 2 il ərzində oldu. Buna görə də həqiqətən burada kütləvi bir epidemiya ilə qarşı-qarşıyayıq.
Avropa və ABŞ-ın epidemiyanın ən çox müşahidə edildiyi bölgələrə çevrildiyini vurğulayan Harris deyib:
"Son 24 saatda bildirilən yoluxma faktlarının 85 faizi Avropa və ABŞ-dadır. Onların 40 faizi ABŞ-a aiddir. Bəzi ölkələrdə komendant saatları və karantin kimi tətbiqlər epidemiyanı yavaşlada bilər. Bu cür tədbirlər tibb işçiləri və qurumlara da vaxt qazandıra bilər. ABŞ-da virusa yoluxma faktlarının sayında çox böyük artım müşahidə edirik. Buna görə ABŞ_ın epidemiyanın episentri olma potensial var".
Qeyd edək ki, ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus martın 13-də Avropanın Covid-19 infeksiyasının episentrinə çevrildiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr