Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

Dünyada yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı 14 mini, yoluxanların sayı isə 330 mini keçib.

1382976
Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

Dünyada yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı 14 mini, yoluxanların sayı isə 330 mini keçib.

Məlumata görə, Çində epidemiya səbəbindən həlak olanların sayı 3 min 270-ə, yoluxanların sayı isə 81 min 54-ə yüksəlib.

İranda isə epidemiya səbəbindən 1685 nəfər həlak olub.
İraqda  epidemiya nəticəsində ölənlərin sayı 20-yə, yoluxanların sayı da 233-ə yüksəlib. Ölkədə komendant saatının müddəti bir həftə də uzadılıb.
Fələstinin Baş naziri Məhəmməd İştiyyə yeni növ koronavirusa (Covid-19) qarşı mübarizə çərçivəsində  dünən yerli vaxtla 22: 00-dan etibarən  komendant saatının həyata keçirildiyini bildirib.
Bir nəfərin öldüyü İsraildə yoluxanların sayı 71-ə çatıb. Virusa yoluxanlardan 18-nin vəziyyəti ağırdır.
Livanda isə virusa yoluxanların sayı 230-a yüksəlib. Baş nazir Həsən Diab vətəndaşlara evdən çıxmamaları ilə bağlı çağırış edib.

Əlcəzair səhiyyə naziri Əbdürrəhman bin Buziyd koronavirusa yoluxanların sayının 139-a, həlak olanların sayının isə 15-ə yüksəldiyini deyib.
Tunisdə koronavirusdan həyatını itirənlərin sayı 3-ə, yoluxanların  sayı 75-ə çatıb. Ölkədə bu gündən etibarən aprel ayının  4-dək ümumi karantin elan edilib.
Seneqalda isə yeni növ koronavirus epidemiyasına yoluxanların sayı 56-yayüksəlib.

Suriyada xaricdən qayıdan bir şəxsdə yeni növ koronavirus epidemiyası aşkar edilib.

İşğal edilmiş Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsa məscidi  yeni növ koronavirusla mübarizə çərçivəsində səhər namazından sonra  ibadət üçün tamamilə bağlanıb.

Malayziyada isə virusa yoluxanların sayı 1306-a, həlak olanların sayı isə 10-a çatıb. Malayziya ordusu insanların gündəlik fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı tədbirlər görür.

Qeyd edək ki, Mərakeşdə yeni növ koronavirus epidemiyasına yoluxanların sayı 104-ə, Səudiyyə Ərəbistanında isə  511-ə çatıb.



Әlaqәli Xәbәrlәr