Qərb ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət necədir?

İtaliya yeni növ koronavirus mübarizəsində ölüm hallarının qarşısını ala bilmir.

1382989
Qərb ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət necədir?

İtaliya yeni növ koronavirus mübarizəsində ölüm hallarının qarşısını ala bilmir.

Ölənlərin sayı 651 nəfər artaraq 5 min 476 olub.

Ölkədə daxili nəqliyyat da məhdudlaşdırılıb və bələdiyyə sərhədlərindən kənara çıxmaq qadağan edilib. Ölkə üzrə virusa yoluxanların sayı isə 60 minə çatıb.

İspaniyada yeni növ koronavirusdan bir gün ərzində 462 nəfər həyatını itirib. Bununla da ölkə üzrə həyatını itirənlərin sayı 2 min 182 nəfər olub.

Fransada yeni növ koronavirus epidemiyasında ölənlərin sayı 674-ə çatıb. Ölkədə virus aşkar edənlərin sayı 559 artaraq 16 min 18-ə çıxıb. 

Fransanın ətraf mühit məsələləri üzrə dövlət naziri Emmanuelle Varqon sosial media hesabından Covid-19 testinin müsbət olduğunu və evdə özünü karantində saxladığını açıqlayıb.

Digər tərəfdən, Fransa Milli Məclisi ölkədə epidemiyaya qarşı daha effektiv mübarizə aparmaq üçün səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

109 can kaybı, vaka sayısının da 25 bin 857'ye yükseldiği 

Can itkisinin 109, yoluxanların sayının isə 25 min 857 olduğu Almaniyada hökumət sözçüsü Steffen Seibert Angela Merkelə martın 20-si günü qoruyucu məqsədlə  sətəlcəm peyvəndi vuran həkimin yeni növ koronavirus testinin müsbət çıxdığını və Merkelin evində karantində qalmaq qərarı verdiyini bildirib. Ölkədə ayrıca, ailələr və eyni evdə yaşayanlardan başqa daha iki nəfərin bir araya gəlməsi qadağan edilib.

İsveçrədə 98, Belçikada 75, Braziliyada 25, İsveçdə 21 nəfər Covid-19-dan ölüb.

Hollandiyada ölənlərin sayı 43 nəfər artaraq 179, yoluxanların sayı isə 573 nəfər artaraq 4 min 420 nəfərə çatıb.

Yunanıstanda ölənlərin sayı 15-ə, yoluxma faktı sayının isə 624-ə yüksəlməsindən sonra fövqəladə və məcburi hallar istisna olmaqla yerli vaxtla 06: 00-dan etibarən küçələrə çıxmaq qadağan edilib. Yunanıstan ayrıca Türkiyə və İngiltərə uçuşlarını 15 aprelə qədər dayandırma qərarı alıb. Yunanıstan ilə Türkiyə arasında dəniz və quru nəqliyyatına da icazə verilmir.

Başqa bir Balkan ölkəsində Bosniya və Herseqovinada virusun yoluxduğu insan sayı 128-ə çıxıb. Bosniya və Herseqovina Federasiyasında yerli vaxtla saat 18: 00-dan 05: 00-a qədər komendant saatı tətbiq olunub, Serbiya Cümhuriyyətində isə şəhərlərarası nəqliyyat dayandırılıb.

33 yoluxma faktı qeydi alınan Kosovo və 115  yoluxma halı olan Şimali Makedoniyada koronavirus səbəbindən ilk ölümlər qeydə alınıb.

Qərbi Balkan ölkəsi Çernoqoriyada yeni növ koronavirus səbəbiylə ilk ölüm  faktı qeydə alınıb.

Serbiyada virusa yoluxanların sayı 222, Xorvatiyada 306, 2 nəfərin həyatını itirdiyi Sloveniyada 414, Albaniyada epidemiyadan ölənlərin sayı 4, yoluxanların sayı isə 89 olub.

Polşa Səhiyyə Nazirliyi də infeksiyadan ölənlərin 7 nəfər, yoluxanların sayının isə 649 olduğunu açıqlayıb.

Virusa yoluxanların sayının 167-yə, ölənlərin sayının 7-ə çatdığı Macarıstanda, koronavirusa qarşı tədbir məqsədi ilə hökumətin 11 martda elan etdiyi "təcili vəziyyət" müddətinin uzadılması müzakirə edilir.

İndiyə qədər 3 min 489 testin keçirildiyi Slovakiyada virusa yoluxanların sayı 185 olaraq açıqlandıb.

İngiltərədə ölənlərin sayı 281 nəfər olub. Ölkə üzrə virusa yoluxanların sayı isə  5 min 683-ə çıxıb. Dövlət xəstəxanalarının kifayət qədər avadanlıqlarının olmadığının açıqlanması nəticəsində xüsusi xəstəxanalar da həmin məqsədlə istifadəyə verilib. Ölkədəki bu ağır vəziyyət qarşısında əhaliyə evdə qalmaları üçün müraciət də artıb.

ABŞ-da ölənlərin sayı 457 nəfər olub. Virusun yoluxduğu adam sayı isə 34 min 900-ə çatıb. Prezident Donald Trump Vaşinqton və Nyu-York ştatlarının "böyük fəlakət elanı" tələblərini təsdiqləsə də, bu bölgələrdə koronavirusla mübarizə üçün milli mühafizəçilərin də vəzifə icra etdiklərini açıqlayıb. Prezident Donald Trump və ailəsinin təhlükəsizliyinə cavabdeh olan Kəşfiyyat Xidmətin bir işçisində yeni növ koronavirus aşkar edilib. ABŞ-da koronavirus hadisələrinin ən çox yayıldığı Nyu Yorkda 4 hərbi xəstəxana yaradılması qərara alınıb. Bundan əlavə icra başçısı tərəfindən qərara alınan qismi komendant saatı başlayıb.

Kanadada yeni növ koronavirusdan ölənlərin sayının 120-yə, virusa yoluxanların sayının min 298-ə yüksəldiyi bildirilib.

Covid-19 səbəbiylə 16 nəfərin öldüyü Avstriyada Səhiyyə Nazirliyi virusa yoluxanların sayının 3 min 611-ə yüksəldiyini açıqlayıb.

Covid-19-dan ilk ölüm Avropanın ən kiçik ölkələrindən biri olan Andorrada da baş verib.

Virusla əlaqəli ilk ölüm faktı Çilidə d

Kovid-19-dan ilk ölüm Avropanın ən kiçik ölkələrindən biri olan Andorra-da baş verdi.

Virusla əlaqəli ilk ölüm Çilidə də baş verib. 537 yoluxma hadisənin müşahidə olunduğu ölkədə komendant saatı elan edilib.



Әlaqәli Xәbәrlәr