Korona virusuyla bağlı Qərbin vəziyyəti

Çinin Vuhan şəhərində 2019-cu ilin dekabr ayında ortaya çıxan yeni tip korona virusu (Covid-19) Avropada yayılmağa davam edir.

1378175
Korona virusuyla bağlı Qərbin vəziyyəti

 

  Çinin Vuhan şəhərində 2019-cu ilin dekabr ayında ortaya çıxan yeni tip korona virusu (Covid-19) Avropada yayılmağa davam edir. Qərbdə yoluxma hadisəsinin ən çox qeyd edildiyi yer İtaliyadır. Belə ki, burada “Covid-19”dan ölənlərin sayı 250 adam artaraq 1266-a, yoluxma hadisəsi isə 17 min 660-a yüksəlib.

  Ölü sayı 133, yolxuma hadisəsi 5200 olan İspaniyada ölkədə 15 günlük Fövqəladə Vəziyyət elan edilib. 376 min adamın yaşadığı Murcia müxtar bölgəsi də karantinə alınıb.

  Fransada epidemiyadan həyatını itirənlərin sayı 79, infeksiya sayı 3661-ə yüksəlib. Paytaxt Parisin məşhur Eyfel qülləsi bağlanılıb.

  İsveçrənin Cenevre şəhərində “Covid-19” epidemiyası 32 yaşlı qadının həyatını itirməsinə səbəb olub. Bununla ölkədə korona virusuna yoluxma hadisəsi 1359, ölü sayı isə 11-ə yüksəlib.

  Yunanıstanda virus 3 adamın ölümünə, 192 nəfərin yoluxmasına səbəb olub.

  Şimal Kipr Türk Respublikasında (Qıbrız) epidemiya ilə əlaqədar quru, dəniz və hava sərhədləri 1 aprelə qədər bağlanıb.

  İngiltərədə “Covid-19”a yoluxma hadisəsi 208 artaraq 798 rəqəminə çatıb.

  İsveçdə 2 adam virusdan həyatını itirib, 820 nəfər yoluxub.

  Norveç və Danimarkada virusdan ilk ölüm hadisələri baş verib. Danimarka sərhədlərini bağlayıb.

  “Covid-19” virusu ilə bağlı Hollandiyada ölənlərin sayı 10, yoluxma hadisəsi isə 804-ə çatıb. Virusa yoluxma hadisəsi Avstriyada 602, Çexiyada 150, Polşada 84, Slovakiyada 32, Macarıstanda isə 25 olub.

  Polşa hökuməti 10 gün boyu xaricilərin ölkəyə girişinə icazə verilməyəcəyi və bu müddətin artırıla biləcəyini bəyan edib. 15 martdan beynəlxalq təyyarə və qatar səfərləri tamamilə dayandırılır.

  Virusa yoluxma Balkan ölkələrindən Serbiyada 41, Xorvatiyada 37, Bosniya Herseqovinada 18-ə çıxıb.

  Kosovada ilk dəfə 2 adamda “Covid-19” aşkarlanıb.

  Kanadada virusa yoluxanların sayı 152-yə yüksəlib.

  Birləşmiş Millərlər Təşkilatı Baş Qərargahı və Uşaqlara Yardım Fondu (UNICEF) yeni tip korona virusu epidemiyası ilə bağlı personallarına 16 martdan 12 aprelə qədər evdən çalışma icazəsi verdi.

  Amerika Birləşmiş Ştatlarında “Covid-19”a yoluxma 1700-ə yaxınlaşıb, ölü sayı isə 41-dir. ABŞ prezidenti Donald Tramp yeni tip korona virusu epidemiyası ilə bağlı ölkədə Fövqəladə Vəziyyət elan etdi. O, 14 mart axşamından etibarən reys gəmilərinin 30 gün boyu ölkə limanlarından çıxmayacağını bildirib. Amerikanın Luiziana (Louisiana) ştatında 4 apreldə olacaq prezident seçkilərinin ilkin mərhələsi epidemiya ilə bağlı 2 ay təxirə salınıb. Virjina və Vaşinqtonda məktəblərə iki həftəlik tətil verilib.

  Orta Amerika ölkələrindən Salvadorda da epidemiyanın ölkəyə bulaşmaması üçün Fövqəladə Vəziyyət elan edilib.

  Cənubi Amerika ölkəsi Uruqvayda isə İtaliyanın Milan şəhərindən gedən 4 adamda “Covid-19” təsbit edilməsiylə ilk yoluxma hadisələri ortaya çıxıb.

  Venezuela və Quatemalada da ilk virusa bulaşma təsbit edilib. Venezuela ilə sərhəd qapısını bağlayan Kolumbiyada isə “Covid-19”a bulaşan adam sayı 16 olub.

  Hadisə sayının 23-ə yüksəldiyi Ekvadorda korona virusu ilə bağlı ilk ölüm hadisəsi baş verib.  

  Filippində virusdan 5 adam həyatını itirib, 64 nəfərdə isə təsbit edilib.

  Porto Rikoda da məktəblər 2 həftəlik tətilə buraxılıblar.



Әlaqәli Xәbәrlәr